• ƏN SON
  • ÇOX OXUNAN
Rüfət Səfərov: “Dəli utanmaz, yiyəsi utanar “

Rüfət Səfərov: “Dəli utanmaz, yiyəsi utanar “

14 Fevral| 20:13
Məhkəmə Rövşən Əkbərovun vəsatətini rədd etdi

Məhkəmə Rövşən Əkbərovun vəsatətini rədd etdi

20 Aprel| 17:27
Zöhrabyan AŞPA-da Əliyevi tənqid etdi, Azərbaycanı təmsil edən millət vəkili səhvən dəstəklədi – Rüsvayçılıq

Zöhrabyan AŞPA-da Əliyevi tənqid etdi, Azərbaycanı təmsil edən millət vəkili səhvən dəstəklədi – Rüsvayçılıq

20 Aprel| 17:19
Erməni qohumluğu olanlar vəzifələrə necə sahib olublar?

TALANÇI SABİQ MƏMURLARIN TƏHLÜKƏLİ SƏRVƏTİ…

19 Aprel| 21:32
“Əvvəl 5 sonra 2 rayonun Azərbaycana qaytarılmasının mümkünlüyünü…” – Putin

Rusiya Ukraynanı Krıma, Ermənistanı üz çevirdiyinə, Azərbaycanı isə buna görə cəzalandırır – ŞOK SƏBƏBLƏR

19 Aprel| 20:46
RAMİZ HƏSƏNOV NAZİR MÜAVİNİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ – Səfir göndərildi

RAMİZ HƏSƏNOV NAZİR MÜAVİNİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ – Səfir göndərildi

19 Aprel| 14:31
Hökümət jurnalistlərin işini karantin günlərində çətinləşdirir

Daren Linvill: “Dezinformasiya rejimin gündəminə zidd olan səsləri susdurmaq məqsədi daşıyır”

18 Aprel| 23:14
Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı -18 diplomat ölkədən çıxarıldı

Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı -18 diplomat ölkədən çıxarıldı

18 Aprel| 22:56
İCRA BAŞÇISI PARKIN ABADLAŞDIRILMASINA 1,7 MİLYON SİLİB? – Haqqında araşdırma başlayıb

İCRA BAŞÇISI PARKIN ABADLAŞDIRILMASINA 1,7 MİLYON SİLİB? – Haqqında araşdırma başlayıb

18 Aprel| 22:48
NAVALNI TƏCRİDXANADA ÖLƏCƏYİ TƏQDİRDƏ… – ABŞ Rusiyanı təhdid etdi

NAVALNI TƏCRİDXANADA ÖLƏCƏYİ TƏQDİRDƏ… – ABŞ Rusiyanı təhdid etdi

18 Aprel| 22:44
ABŞ-ın Azərbaycana münasibətdə prioriteti demokratiya olacaq

ABŞ-ın Azərbaycana münasibətdə prioriteti demokratiya olacaq

18 Aprel| 04:42
Paşinyan Araikə niyə cinayət işi açdırdı?

Paşinyan Araikə niyə cinayət işi açdırdı?

18 Aprel| 02:37
Nazir müavinin Çexiyadakı şirkəti barədə yeni faktlar – Əli Abdullayev Akif Çovdarovun qudası ilə ortaqdır?

Nazir müavinin Çexiyadakı şirkəti barədə yeni faktlar – Əli Abdullayev Akif Çovdarovun qudası ilə ortaqdır?

17 Aprel| 23:25
Retail
Çərşənbə axşamı, Aprel 20, 2021
BİZİMLƏ ƏLAQƏ
REKLAM
  • Başlanğıc
  • SİYASƏT
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • SOSİAL
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • ŞOU-BİZNES
  • ƏLAQƏ
No Result
View All Result
HEFTEAZ.TV
No Result
View All Result

Rüfət Səfərov: “Dəli utanmaz, yiyəsi utanar “

14 Fevral| 20:13
in ARAŞDIRMA, MANŞET
0
Share on FacebookShare on Twitter

BUNA DA BAXIN

Zöhrabyan AŞPA-da Əliyevi tənqid etdi, Azərbaycanı təmsil edən millət vəkili səhvən dəstəklədi – Rüsvayçılıq

TALANÇI SABİQ MƏMURLARIN TƏHLÜKƏLİ SƏRVƏTİ…

Müəllif- Rüfət Səfərov
Hüququn üstünlüyünə, qanunun aliliyinə dayanan dövlət idarəçiliyində prokurorluq orqanlarının rolu və əhəmiyyəti yüksək tutulur: de-yure və de-fakto.
Bizdə də prokurorluğun konstitusion-hüquqi statusu qanunların icra və tətbiq olunmasına nəzarət edən, cinayət işləri başlayan, istintaq aparan, məhkəmədə dövlət ittihamını müdafiə edən, iddia qaldıran, qərarlardan protest verən kimi təsbit edilir.
Təsvir edin ki, Baş prokurorun rəsmi köməkçilərinin sayı Prezidentin rəsmi köməkçilərinin sayından çoxdur.
Fikrimin məhvəri budur ki, dövlət orqanı kimi Baş Prokurorluq, vəzifə kimi Baş prokuror hüquq siyasətinin müəyyən edilməsində başlaca rola malik olmalıdır.
Amma əvvəlki qeydlərimdə göstərdiyim kimi, mahiyyətcə, xaraktercə Sovet Azərbaycanının ilk Baş prokuroru olmuş Ə. Qarayev və S.Çivanovla qiyaslana bilinəcək üzQARAsı Zakir 20 il ərzində prokurorluq orqanlarının cəmiyyətdəki və dövlət idarəetməsindəki həddini, hadisə və proseslərə sirayətetmə baxımından nüfuzunu nəinki polis, eləcə də gömrük, vergi və ya fövqəladə hallar orqanlarının səviyyəsindən aşağı endirdi.
Burada üzQARAsının mayası tamahla yoğrulmuş kimliyinin, “nadzor”un hüquqi düşüncə tərzini andıran təfəkkürə sahiblik etməsinin, dağınıq şəxsiyyətinin, rəhbərin qarşısında “hüquqi hambal”lığının da rolu olub. Ki, nəticədə Ramil Usubovdan tutmuş Vilayət Eyvazovadək, Aydın Əliyevdən, Səfər Mehdiyevdən Kəmalləddin Heydərovadək, Eldar Mahmudovdan ta Mədəd Quliyevə, Ziya Məmmədovadək nazir və komitə sədrlərinin önündə farağat durub.
Ötən çıxışlarımda bir neçə dəfə qeyd etdiyim kimi, yeni Baş prokuror Kamran Əliyev savadlıdır, müasir biliklərə sahibdir, hüquq elmini dərindən mənimsəyib, istintaq işinin mahiranə bilicisidir ki, bu məziyyətlər də onu sələfindən fərqləndirir. Lakin K. Əliyevin üzQARAsı ilə oxşar cəhətləri də yox deyil: mənəvi üzüntü duymamaq, xəcalət çəkməmək və qeyri-utanclıq.
Bəli, həmin keyfiyyətlərə əvvəlki və indiki baş prokurorlar ortaqlıq edirlər.
Necə?
Bax beləcə:
Milli Şura Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev üzQARAsının 18 iyun 2010-cu il tarixli əmri əsasında prokurorluğun müstəntiqi ilə bir araya sığmayan fəaliyyətlə məşğul olduğuna, hərəkətə yol verdiyinə görə qovulur.
Mövcud üsul-idarəyə qarşı prinsipial və ardıcıl surətdə mübarizə aparan Gültəkin xanımı heç bir vəchlə susdura bilməyən hökumət “teatr səhnəsi”nə M. Mehdiyevi, anasını, bacısını çıxarır.
O, 17 may 2013-cü ildə Gültəkin Hacıbəyliyə qarşı mətbuat konfransı keçirib təhqir edir, korrupsiyada, rüşvətxorluqda və s. cinayətlərdə ittiham edir və görün nə deyir:
“…Lakin bu gün bir vicdanlı azərbaycanlı, dövlət maraqlarını şəxsi maraqların fövqündən daha uca hesab edən insan kimi Gültəkin Hacıbəylinin öz dövlətinə qarşı iftira dolu hərəkətlərinə susa bilməzdim. Mətbuat konfransı keçirməkdə məqsədim son vaxtlar Gültəkin Hacıbəylinin dövlətə qarşı, ölkə prezidenti İlham Əliyevin Azərbaycan xalqının rifahına xidmət edən siyasətinə qarşı bəzi mətbuat orqanlarında etdiyi qərəzli çıxışlarıdır”.
Övladının anasının əleyhinə olmazın iftiralar səsləndirən, ailəsinə dəyər verməyib, “vicdanın, dövlətin qayğısına qalan”, prokurorluq orqanlarına bərpa olunmaqçün ən müqəddəs dəyərləri tapdalamaqdan çəkinməyən bir karyerist davam edir:
Nəsimi Rayon Məhkəməsində iddia qaldırır, 9 ildə bir dəfə maraqlanmadığı və bir manat aliment ödəmədiyi halda uşağın Gültəkin Hacıbəylidən alınıb ona verilməsini tələb edir. Uşaq atasını tanımasa da Prezident Administrasiyasının məlum şöbəsinin kobud davamı olan məhkəmə iddianı təmin edir.
Mahmud Mehdiyevin bacısı Aynur Mehdiyeva 10.06.2013-cü il tarixdə Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində saxlanılır. Elə həmin gün- 10.06.2013- cü il tarixdə anaları Nəhayət Məmmədova Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi verir və Gültəkin Hacıbəylidən 50 min dollar pul tələb edir.
İddiaçı Gültəkin xanıma 10 il əvvəl borc pul verdiyini iddia etsə də heç bir sübut, müqavilə, notarial qaydada təsdiq olunmuş sənəd təqdim etmir, eyni zamanda niyə 10 il əvvəl verdiyi borcu indi istədiyini də əsaslandıra bilmir, “kefim belə istəyir” deyir…
Guya təqaüddə olan evdar qadın Nəhayət Məmmədova Mahmud Mehdiyevin korrupsiya və rüşvətxorluqda ittiham etdiyi keçmiş millət vəkili Gültəkin Hacıbəylinin maddi imkanı çox pis olduğu üçün ona 2013-cü ildə 50 min dollar borc pul verir… Halbuki Gültəkin xanım o zaman iddiaçının oğlu ilə evli idi və maddi imkanı pis olan oğluna yardım etmək, ona mənzil almaq əvəzinə niyə gəlininə külli miqdarda borc verməsinin səbəbi aydın olmur.
2013-cü ilin sentyabrında Aynur Mehdiyeva və Mahmud Mehdiyev Gültəkin Hacıbəyliyə qarşı Yasamal Rayon Məhkəməsində xüsusi ittiham qaydasında cinayət təqibinə başlayırlar. İki il davam edən proses boyu Aynur Mehdiyeva iddia edir ki, Gültəkin Hacıbəyli onu insan alveri cinayətinə görə saxlanıldığını bildirməklə böhtan atıb. Ciddi beynəlxalq təzyiqdən sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2013-cü il tarixli hökmü ilə Aynur Mehdiyeva Cinayət Məcəlləsinin 144-1.2.8-ci (insan alveri) və 144-2.1-ci (məcburi əmək) maddələri üzrə təqsirli bilinir, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilir. Lakin “yüngülləşdirən hallar”, yəni özünün və ailəsinin Gültəkin xanıma qarşı “böyük xidmətləri” nəzərə alınır, Cinayət Məcəlləsinin 70-ci maddəsi işə salınır. 8 il 6 ay azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilir, cəmi 1 il sınaq müddəti müəyyən olunur.
Həmin cinayət işinin materiallarında qeyd edilir ki, Aynur Mehdiyevanın insan alveri və əməyin istismarı cinayətlərini törətməsini ailə üzvləri bilib, görüb, lakin yaxın qohum olduqları üçün məsuliyyətə cəlb olunmayıblar.
Dostlar, diqqət edin:
Nə vaxtilə üzQARAsının əmri ilə prokurorluqdan qovulması, nə bacısının insan alverinə görə məhkum olunması Mahmud Mehdiyevin 2014-cü ildə Xətai Rayon Prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilməsini əngəlləmir.
Bəli, ÜzQARAsının sahibləri direktiv verir, o da müticəsinə əvvəlki əmri cırıb atır zibil qutusuna, yeni bərpa əmrini qaralayır.
“Şanlı prokurorluq orqanı əməkdaşı”, bacısının insan alveri cinayətini görüb seyr edən, hətta mətbuatın yazdığına görə zamanında hərbi xidmətdən yayınan Mahmud Mehdiyev hazırkı karyerasına görə nəinki Gültəkin Hacıbəyliyə, hətta öz doğma övladına etdiyi pisliklərə borcludur. Məhz onun vasitəsilə hökumət 16 yaşlı məktəblinin xaricə çıxışını və təhsil hüququnu bu gün də əngəlləyir.
Mahmud Mehdiyev 24.10.2014-cü il tarixdə Nəsimi Rayon İcra və Probasiya şöbəsinə məktub yazaraq vaxtı olmadığı üçün uşaqla görüşdən rəsmən imtina edir.
Buna baxmayaraq, məhkəmələr 16 ildə oğlu ilə bir dəfə görüşməyən və görüşdən rəsmi qaydada imtina edən “ata”nın hüquqlarını əsas götürərək Gültəkin Hacıbəylini yeganə övladının keyfiyyətli təhsil haqqını əlindən almaqla cəzalandırırlar.
Dostlar, bir qədər əvvəlsə məlumat aldım ki, bu Mahmudu Kamran Əliyev daha da irəli çəkib- Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin prokuroru vəzifəsinə təyin edib.
Belə çıxır ki, prokurorluq orqanlarında irəli çəkilmək üçün “gözü ilə görən”, övladından imtina edib, keçmiş həyat yoldaşına böhtan atmalısan, şər yaxmalısan, ərənliklə əsla bir araya sığmayan tərzlərə üstünlük verməlisən, cənab Baş prokuror Kamran Əliyev?!
Belə kişilikmi olar?
Azərbaycan xanımına qarşı bunca iyrənc əməllərə imza atmağın adı bilirsinizmi nədir?
Nakişilik!
Xanımlar və cənablar, Siz deyin, yuxarıda qeyd etdiyim kimi, mənəvi üzüntü duymaq, xəcalət və utanmaq hissi Kamran Əliyevə və onunkimilərə xasdır, yoxsa yad?
Axı atalar demiş ki, dəli utanmaz, yiyəsi utanar…
Hefteaz.tv

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Search

No Result
View All Result

SON ƏLAVƏLƏR

Məhkəmə Rövşən Əkbərovun vəsatətini rədd etdi

Məhkəmə Rövşən Əkbərovun vəsatətini rədd etdi

20 Aprel| 17:27
Zöhrabyan AŞPA-da Əliyevi tənqid etdi, Azərbaycanı təmsil edən millət vəkili səhvən dəstəklədi – Rüsvayçılıq

Zöhrabyan AŞPA-da Əliyevi tənqid etdi, Azərbaycanı təmsil edən millət vəkili səhvən dəstəklədi – Rüsvayçılıq

20 Aprel| 17:19
Erməni qohumluğu olanlar vəzifələrə necə sahib olublar?

TALANÇI SABİQ MƏMURLARIN TƏHLÜKƏLİ SƏRVƏTİ…

19 Aprel| 21:32
“Əvvəl 5 sonra 2 rayonun Azərbaycana qaytarılmasının mümkünlüyünü…” – Putin

Rusiya Ukraynanı Krıma, Ermənistanı üz çevirdiyinə, Azərbaycanı isə buna görə cəzalandırır – ŞOK SƏBƏBLƏR

19 Aprel| 20:46
RAMİZ HƏSƏNOV NAZİR MÜAVİNİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ – Səfir göndərildi

RAMİZ HƏSƏNOV NAZİR MÜAVİNİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ – Səfir göndərildi

19 Aprel| 14:31
Hökümət jurnalistlərin işini karantin günlərində çətinləşdirir

Daren Linvill: “Dezinformasiya rejimin gündəminə zidd olan səsləri susdurmaq məqsədi daşıyır”

18 Aprel| 23:14
Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı -18 diplomat ölkədən çıxarıldı

Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı -18 diplomat ölkədən çıxarıldı

18 Aprel| 22:56
İCRA BAŞÇISI PARKIN ABADLAŞDIRILMASINA 1,7 MİLYON SİLİB? – Haqqında araşdırma başlayıb

İCRA BAŞÇISI PARKIN ABADLAŞDIRILMASINA 1,7 MİLYON SİLİB? – Haqqında araşdırma başlayıb

18 Aprel| 22:48
NAVALNI TƏCRİDXANADA ÖLƏCƏYİ TƏQDİRDƏ… – ABŞ Rusiyanı təhdid etdi

NAVALNI TƏCRİDXANADA ÖLƏCƏYİ TƏQDİRDƏ… – ABŞ Rusiyanı təhdid etdi

18 Aprel| 22:44
ABŞ-ın Azərbaycana münasibətdə prioriteti demokratiya olacaq

ABŞ-ın Azərbaycana münasibətdə prioriteti demokratiya olacaq

18 Aprel| 04:42
Paşinyan Araikə niyə cinayət işi açdırdı?

Paşinyan Araikə niyə cinayət işi açdırdı?

18 Aprel| 02:37
Nazir müavinin Çexiyadakı şirkəti barədə yeni faktlar – Əli Abdullayev Akif Çovdarovun qudası ilə ortaqdır?

Nazir müavinin Çexiyadakı şirkəti barədə yeni faktlar – Əli Abdullayev Akif Çovdarovun qudası ilə ortaqdır?

17 Aprel| 23:25
Nazim İbrahimovun qardaşı həbs edildi

Nazim İbrahimovun qardaşı həbs edildi

17 Aprel| 22:41
Goycayda vəzifəli şəxslər həbs olundu – SON DƏQİQƏ

Goycayda vəzifəli şəxslər həbs olundu – SON DƏQİQƏ

17 Aprel| 22:14
SABİQ NAZİRİN KÜRƏKƏNİ LONDONDA ƏMLAKA MİLYONLAR YATIRDI – Daha 4 bina aldı + FOTOLAR

SABİQ NAZİRİN KÜRƏKƏNİ LONDONDA ƏMLAKA MİLYONLAR YATIRDI – Daha 4 bina aldı + FOTOLAR

17 Aprel| 00:20
Raul Kastro vəzifəsindən istefa verib

Raul Kastro vəzifəsindən istefa verib

17 Aprel| 00:15
MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” – “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər

MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” – “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər

17 Aprel| 00:09
Dövlət Gömrük Komitəsi ləğv oluna bilər – AÇIQLAMA

Dövlət Gömrük Komitəsi ləğv oluna bilər – AÇIQLAMA

16 Aprel| 23:24
Minsk qrupunun tapdığı fındıq – Onlar nə istəyir?

Minsk qrupunun tapdığı fındıq – Onlar nə istəyir?

16 Aprel| 16:18
RAMİZ MEHDİYEV MƏHKƏMƏDƏ UDUZDU… – Keçmiş direktor geri qayıtdı

RAMİZ MEHDİYEV MƏHKƏMƏDƏ UDUZDU… – Keçmiş direktor geri qayıtdı

15 Aprel| 21:51
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
« Yan   Mar »

SON XƏBƏRLƏR

  • Məhkəmə Rövşən Əkbərovun vəsatətini rədd etdi
  • Zöhrabyan AŞPA-da Əliyevi tənqid etdi, Azərbaycanı təmsil edən millət vəkili səhvən dəstəklədi – Rüsvayçılıq
  • TALANÇI SABİQ MƏMURLARIN TƏHLÜKƏLİ SƏRVƏTİ…

Əlaqə

Saytın təsisçisi və rəhbəri:

Aqil Mahmudov

Redaktor: Məhəmmədəli Mahmudlu

email: hefteaz65@mail.ru

Tel: 070 269 1433

  • Başlanğıc
  • SİYASƏT
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • SOSİAL
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • ŞOU-BİZNES
  • ƏLAQƏ

© 2020 HEFTEAZ.TV

No Result
View All Result
  • Başlanğıc
  • SİYASƏT
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • SOSİAL
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • ŞOU-BİZNES
  • ƏLAQƏ

© 2020 HEFTEAZ.TV