• ƏN SON
  • ÇOX OXUNAN
BAŞ PROKUROR “ŞƏRİK”, HESABLAMA PALATASININ SƏDRİ QUDA… – Və ya Ziya Məmmədovun bir tunelə yarım milyard dollar xərcləyə bilməsinin sirri…

BAŞ PROKUROR “ŞƏRİK”, HESABLAMA PALATASININ SƏDRİ QUDA… – Və ya Ziya Məmmədovun bir tunelə yarım milyard dollar xərcləyə bilməsinin sirri…

11 Fevral| 01:05
Müsavatın Şuşa təşkilatı faəliyyətini Şuşada davam etdirmək üçün onlara şərait yaradılmasını istəyir

Müsavat Laçın dəhlizinə Azərbaycan və Türkiyədən olan müşahidəçilərin yerləşdirilməsini tələb edir

01 Mart| 19:28
Naxçıvanda Vasif Talıbov qanunları və yaxud DYP əməkdaşlarının reketçiliyi

Naxçıvanda Vasif Talıbov qanunları və yaxud DYP əməkdaşlarının reketçiliyi

01 Mart| 18:45
Sarkozi 3 il müddətinə həbs olundu – SƏBƏB

Sarkozi 3 il müddətinə həbs olundu – SƏBƏB

01 Mart| 17:42
İL-76 hərbi təyyarələri Rusiyadan Ermənistana silah daşıyır

İL-76 hərbi təyyarələri Rusiyadan Ermənistana silah daşıyır

01 Mart| 17:39
“Üçüncü Qarabağ savaşı başlayacaq” – Yəhudi politoloq

“Üçüncü Qarabağ savaşı başlayacaq” – Yəhudi politoloq

01 Mart| 17:35
Sabah qar yağacaq – 3-8 dərəcə şaxta olacaq

Sabah qar yağacaq – 3-8 dərəcə şaxta olacaq

01 Mart| 13:58
Ermənistanı maliyyələşdirən Kazaryan qandallandı – Maliyyə piramidası dağıdılır

Ermənistanı maliyyələşdirən Kazaryan qandallandı – Maliyyə piramidası dağıdılır

01 Mart| 13:50
Rokfeller ailəsi BMT-nin qərargah binasının yerləşdiyi əraziyə də tamah salıb

Rokfeller ailəsi BMT-nin qərargah binasının yerləşdiyi əraziyə də tamah salıb

27 Fevral| 02:06
İranlı jurnalistdən İlham Əliyevə “ermənicə” sual

İranlı jurnalistdən İlham Əliyevə “ermənicə” sual

27 Fevral| 01:16
İkinci “Dəmir yumruq” rüşvətxor məmurların başına vurulacaq

İkinci “Dəmir yumruq” rüşvətxor məmurların başına vurulacaq

27 Fevral| 00:59
Ermənistan Baş Qərargahının boş oyunları

Ermənistan Baş Qərargahının boş oyunları

25 Fevral| 22:00
“Tərtər işi”nin əsas günahkarı Zakir Qaralovdur – VƏKİLDƏN SENSASİON AÇIQLAMA

“Tərtər işi”nin əsas günahkarı Zakir Qaralovdur – VƏKİLDƏN SENSASİON AÇIQLAMA

25 Fevral| 21:52
Retail
Çərşənbə axşamı, Mart 2, 2021
BİZİMLƏ ƏLAQƏ
REKLAM
  • Başlanğıc
  • SİYASƏT
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • SOSİAL
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • ŞOU-BİZNES
  • ƏLAQƏ
No Result
View All Result
HEFTEAZ.TV
No Result
View All Result

BAŞ PROKUROR “ŞƏRİK”, HESABLAMA PALATASININ SƏDRİ QUDA… – Və ya Ziya Məmmədovun bir tunelə yarım milyard dollar xərcləyə bilməsinin sirri…

11 Fevral| 01:05
in MANŞET, SEÇMƏ, SİYASƏT
0
Share on FacebookShare on Twitter

İndi vəzifəsini itirən, korrupsiya əməlləri rəsmən ifşa olunan, yaxud həbs edilən sabiq iri ranqlı məmurlar barədə yazanda, bəziləri “yıxılanı baltalamazlar” deyib, irad tuturlar. Ancaq reallıq ondan ibarətdir ki, belələrini nəinki vəzifəsini itirəndə, hətta həbsxanaya düşəndə də “yıxılmış” saymaq olmaz. 

BUNA DA BAXIN

Müsavat Laçın dəhlizinə Azərbaycan və Türkiyədən olan müşahidəçilərin yerləşdirilməsini tələb edir

Sarkozi 3 il müddətinə həbs olundu – SƏBƏB

Təcrübə göstərir ki, bu adamlar həbsxanada da “xan-bəy” kimi gün keçirir və elə də uzun olmayan “ayrılıqdan” sonra azadlığa çıxıb, yığdıqları milyonları həzmi-rabedən keçirməklə məşğul olurlar – “Rabitə işi”ni yada salmaq kifayətdir. Nəticədə məlum olur ki, əsl yıxılan “vurulan” məmurlar yox, onların çapıb taladığı ölkə, onun sərvətləri və “qara camaat”dır…

Məsələn, Ziya Məmmədova “yıxılan” demək olarmı?

Hefteaz.tv sabiq məmurların dövlət büdcəsini talama, külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı, rüşvət alma və başqa cinayətlərilə bağlı başlanılan araşdırmalar çərçivəsində onun da istintaqa çağırıldığını yazandan sonra Ziya Məmmədov kənddəki evində oturduğunu, maldarlıqla, əkinçiliklə məşğul olduğunu və “dolanmaq lazımdır, indiki dövrdə dolanmaq asan deyil” deyərək, öz aləmində insanların gözünə “kül üfürdü”.

Lakin bunun ardınca sosial şəbəkələrdə “Italian Design” holdinqin rəhbəri Franco Rizzatonun adından Ziya Məmmədovun nazir olduğu illərdə Qələbə meydanındakı (Gənclik metrostansiyası) tunelin tikintisinə 512 milyon (!) ABŞ dolları xərcləndiyinə dair yayılan məlumat, bir növ “Ucardakı fermer”ə xatırlatma oldu. Yəqin ki, bu məlumatın məhz indi dövriyyəyə buraxılması təsadüfi deyildi və maraqlıdır ki, sonradan həmin paylaşım silindi…

 

 

Lakin istənilən halda qeyd olunan rəqəm realdır və bunu rəsmi statistikaya istinadla müstəqil iqtisadçılar da təsdiqlədilər.

Bu da azmış kimi, məlum olur ki, Ziya Məmmədovun Nəqliyyat naziri olduğu dövrdə təkcə yolların tikintisi və təmirinə 10,5 milyard (!) manat xərclənib. Bunun Azərbaycan reallığında necə fantastik bir gəlir mənbəyi olduğunu təsəvvür edirsinizmi?

Biz hələ onun nazir olduğu illərdə yaratdığı “qoçu dəstələri”nin vasitəsilə sürücülərin cibinə göz dikməsini, eləcə də nazirliyə digər mənbələrdən gələn gəlirləri demirik. İndi özünüz təsəvvür edin ki, Ziya Məmmədovun bu milyardlarda nə qədər, neçə faiz payı olub…

 

 

Bir tunelə az qala bütöv bir şəhər salınacaq qədər, yəni yarım milyard dollardan artıq pul “silinən” məmləkətdə Ziya Məmmədov kimi “bulağın gözündə” oturmuş adamlardan biri indi hansı üzlə dolanmaqda çətinlik çəkdiyini, “çobanlıq” etdiyini deyə bilər axı?…

Təbii ki, bu talançılığı bütünlüklə Ziya Məmmədovun ayağına yazmaq insafsızlıq olar. Nəzərə alın ki, qeyd etdiyimiz bu milyardlarla vəsait Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə ayrılıb. 

Bəs, haradaydı o zaman bu soyğunçuluğu görməli və bunun qarşısını almalı olan dövlət qurumları – Nazirlər Kabineti, Baş Prokurorluq, Hesablama Palatası, Vergilər Nazirliyi və sair?

Axı bu vəsaitlərin hara və necə xərcləndiyini, ən dəqiq Nazirlər Kabineti və Hesablama Palatası izləyə bilirdi…

Buradakı mənimsəməni, talançılığı isə Baş Prokurorluq, Hesablama Palatası, Vergilər Nazirliyi və s. üzə çıxarmalıydı. Çıxardımı? Əlbəttə ki, yox.

 

 

Niyə? Bunun çoxlu sayda səbəbləri var. Məsələn, indi məşhurlaşan “Gənclik”dəki tunelin tikintisində həmin dövrün Baş prokuroru Zakir Qaralovun olduğu iddia edilən “Akkord” şirkəti də iştirak edib! Belə çıxır ki, bu tunelin tikintisində onun da “şərikliyi” var. 

İkinci səbəb: Hesablama Palatasının o vaxtkı sədri Heydər Əsədov Ziya Məmmədovun doğmaca qudasıdır!

Üçüncü səbəb: O illərdəki Vergilər naziri Fazil Məmmədov da elə Ziya Məmmədovun tayıdır və sair.

 

 

Bu səbəblər siyahısını uzatdıqca uzatmaq olar. Prokuror “şərik”, Hesablama Palatasının sədri quda, qalanlar da yenə “özününkülər” – Ziya Məmmədov “qaz vurub qazan doldurmasın”, varlanmasın, bəs neyləsin? 

Bəli, bu gün rəsmən üzə çıxan talançılıq, korrupsiya faktları həm də uzun illər məmur oliqarxiyasında müşahidə olunan tayfa, qohum, quda və s. əlaqələr sisteminin məhsuludur…

Bu sırada həmin illərdə Nəqlliyyat Nazirliyinin nəzdindəki “Azəryolservis” ASC-nin rəhbəri, hazırda isə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini tutan Cavid Qurbanovun “zəhmətini” də yerə vurmaq düz olmazdı.

Yuxarıda qeyd edilən milyardlarda onun da “əl izləri” olmamış deyil. Ən azından ona görə ki, nazirliyin yol tikintisilə bağlı podratçı şirkətlərə sifarişləri məhz onun rəhbərlik etdiyi qurum vasitəsilə verilirdi. Təkcə 2011-2015-ci illərdə Şəki-Qax yolunun tikintisi zamanı törədilmiş irimiqyaslı korrupsiya hallarının araşdırılması və buna hüquqi qiymət verilməsi kifayət edərdi ki, C.Qurbanovun o dövrlərdəki “nailiyyətləri” barədə dolğun təsəvvür yaransın.

 

 

İstənilən yolun çəkilişi zamanı podratçı şirkətlə sövdələşərək texniki şərtləri pozmaq, Bakı-Quba yolu kimi keyfiyyətsiz “əsər” yaratmaq hesabına “qənaət edib” külli miqdarda dövlət vəsaitini mənimsəmək Nəqliyyat Nazirliyi və C.Qurbanovun qurumu üçün adi hal deyildimi? Onu da unutmayaq ki, hazırda yüksək vəzifədə olmaq törədilmiş korrupsiya əməllərinə görə cəzadan immunitet yaratmır, yaratmalı deyil!…

Əslində, “sabiqlər” mövzusunu son zamanlar istintaq orqanlarının apardıqları araşdırmalar, xüsusilə Səlim Müslümovun həbsi gündəmə gətirdi və aktuallaşdırdı.

Ancaq yuxarıda adı çəkilən və çəkilməyən məmurların korrupsiya əməlləri hələ onlar vəzifədə olan zaman da mətbuatın müəyyən kəsimi tərəfindən gündəmə gətirilirdi. Lakin yazılanlara demək olar ki, məhəl qoyan yox idi.

Yəqin ki, bunun səbəblərindən biri də həmin illərdə neft pullarının “fontan vurması”, ona görə də “xırdaçılıq edilməməsi”dir. Və bəlkə də həmin “fontan vurmaqda” davam etsəydi, nə “Beynəlxalq Bank işi” kimi milyardlıq korrupsiya faktlarının, nə də Səlim Müslümov və digər “sabiqlərin” izinə düşən olmayacaqdı…

Hefteaz.tv

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Search

No Result
View All Result

SON ƏLAVƏLƏR

Müsavatın Şuşa təşkilatı faəliyyətini Şuşada davam etdirmək üçün onlara şərait yaradılmasını istəyir

Müsavat Laçın dəhlizinə Azərbaycan və Türkiyədən olan müşahidəçilərin yerləşdirilməsini tələb edir

01 Mart| 19:28
Naxçıvanda Vasif Talıbov qanunları və yaxud DYP əməkdaşlarının reketçiliyi

Naxçıvanda Vasif Talıbov qanunları və yaxud DYP əməkdaşlarının reketçiliyi

01 Mart| 18:45
Sarkozi 3 il müddətinə həbs olundu – SƏBƏB

Sarkozi 3 il müddətinə həbs olundu – SƏBƏB

01 Mart| 17:42
İL-76 hərbi təyyarələri Rusiyadan Ermənistana silah daşıyır

İL-76 hərbi təyyarələri Rusiyadan Ermənistana silah daşıyır

01 Mart| 17:39
“Üçüncü Qarabağ savaşı başlayacaq” – Yəhudi politoloq

“Üçüncü Qarabağ savaşı başlayacaq” – Yəhudi politoloq

01 Mart| 17:35
Sabah qar yağacaq – 3-8 dərəcə şaxta olacaq

Sabah qar yağacaq – 3-8 dərəcə şaxta olacaq

01 Mart| 13:58
Ermənistanı maliyyələşdirən Kazaryan qandallandı – Maliyyə piramidası dağıdılır

Ermənistanı maliyyələşdirən Kazaryan qandallandı – Maliyyə piramidası dağıdılır

01 Mart| 13:50
Rokfeller ailəsi BMT-nin qərargah binasının yerləşdiyi əraziyə də tamah salıb

Rokfeller ailəsi BMT-nin qərargah binasının yerləşdiyi əraziyə də tamah salıb

27 Fevral| 02:06
İranlı jurnalistdən İlham Əliyevə “ermənicə” sual

İranlı jurnalistdən İlham Əliyevə “ermənicə” sual

27 Fevral| 01:16
İkinci “Dəmir yumruq” rüşvətxor məmurların başına vurulacaq

İkinci “Dəmir yumruq” rüşvətxor məmurların başına vurulacaq

27 Fevral| 00:59
Ermənistan Baş Qərargahının boş oyunları

Ermənistan Baş Qərargahının boş oyunları

25 Fevral| 22:00
“Tərtər işi”nin əsas günahkarı Zakir Qaralovdur – VƏKİLDƏN SENSASİON AÇIQLAMA

“Tərtər işi”nin əsas günahkarı Zakir Qaralovdur – VƏKİLDƏN SENSASİON AÇIQLAMA

25 Fevral| 21:52
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 137 il ötür

M.Ə.Rəsulzadə: Numuneyi imtisali bir gün”

25 Fevral| 21:10
Novruzda əfv gözlənilir

Novruzda əfv gözlənilir

25 Fevral| 20:50
Hefteaz.tv saytının kollektivi Azərbaycan tarixinin ən parlaq simalarından biri İsa bəy Qəmbəri təbrik etdi

Hefteaz.tv saytının kollektivi Azərbaycan tarixinin ən parlaq simalarından biri İsa bəy Qəmbəri təbrik etdi

24 Fevral| 13:17
Cavid Qurbanovun “sağ əli”  prezidentin qərarlarına məhəl qoymur

Cavid Qurbanovun “sağ əli” prezidentin qərarlarına məhəl qoymur

24 Fevral| 12:39
Kollecin keçmiş direktoru Ramiz Mehdiyevin adından istiadə edir

MRB və Hefteaz.tv saytı Ramiz Mehdiyevi prezident kimi görən keçmiş kollec müdirinə xəbərdaqlıq etdi

22 Fevral| 16:20
Saleh Məmmədov özünü biabır etdi: “Çəkdiyimiz yolu yenidən sökməli oluruq”

Saleh Məmmədov özünü biabır etdi: “Çəkdiyimiz yolu yenidən sökməli oluruq”

22 Fevral| 14:22
YAP qurultaya hazırlaşır: Rəhbərlikdən uzaqlaşdırılacaq şəxslərin – Siyahısı

YAP qurultaya hazırlaşır: Rəhbərlikdən uzaqlaşdırılacaq şəxslərin – Siyahısı

22 Fevral| 14:07
Müsavatçı fəallar Fransada Xocalıya ədalət aksiyası keçirtdilər

Müsavatçı fəallar Fransada Xocalıya ədalət aksiyası keçirtdilər

21 Fevral| 21:55
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
« Yan   Mar »

SON XƏBƏRLƏR

  • Müsavat Laçın dəhlizinə Azərbaycan və Türkiyədən olan müşahidəçilərin yerləşdirilməsini tələb edir
  • Naxçıvanda Vasif Talıbov qanunları və yaxud DYP əməkdaşlarının reketçiliyi
  • Sarkozi 3 il müddətinə həbs olundu – SƏBƏB

Əlaqə

Saytın təsisçisi və rəhbəri:

Aqil Mahmudov

Redaktor: Məhəmmədəli Mahmudlu

email: hefteaz65@mail.ru

Tel: 070 269 1433

  • Başlanğıc
  • SİYASƏT
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • SOSİAL
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • ŞOU-BİZNES
  • ƏLAQƏ

© 2020 HEFTEAZ.TV

No Result
View All Result
  • Başlanğıc
  • SİYASƏT
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • SOSİAL
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • ŞOU-BİZNES
  • ƏLAQƏ

© 2020 HEFTEAZ.TV