“Yəmən və İraqda baş verənlərdən sonra Səudiyyə Ərəbistanı əsl təhlükənin “Müsəlman Qardaşları” yox, İran olduğunun fərqinə vardı”. Hefteaz.tv xəbər verir ki, bu açıqlama ilə türkiyəli politoloq Muhiddin Ataman çıxış edib. O, Türkiyənin İranın bölgədəki təsirini azaltmaq məqsədi ilə bir müddət Səudiyyə Ərəbistanıyla ortaqlıq etməsinə ehtiyac olduğunu bildirib: “Kral Salmanın vəzifəyə gəlməsindən sonra Səudiyyə Ərəbistanı Türkiyə və Qətər ilə əlaqələri yaxşılaşdırmağa çalışır. Yəmən və İraqda baş verənlərdən sonra Səudiyyə Ərəbistanı əsl təhlükənin “Müsəlman Qardaşları” yox, İran olduğunun fərqinə vardı. Bölgədəki yeni situasiyadan sonra Səudiyyə Ərəbistanının Misir və Türkiyəni itirmək istəmədiyini görürük. Türkiyə İrana qarşı bir ittifaqa müəyyən nöqtəyə qədər dəstək verə bilər və verməlidir. Körfəz ölkələriylə əməkdaşlıq Türkiyəni bölgədə həm siyasi, həm də iqtisadi olaraq rahatlaşdırar və fayda gətirər. Ancaq Türkiyə İranı tamamilə qarşısına alıb düşmən olaraq görməməlidir. İran Türkiyə və İsraillə birgə bölgədəki üç əhəmiyyətli faktordan biridir. Türkiyə dolayısı ilə həm İranın, həm də Səudiyyə Ərəbistanının olduğu ittifaqda yer almaq istəyir”.