Bu gün Sumqayıt şəhərində 30 yaşlı qadın işlədiyi mağazanın qarşısında qətlə yetirilib. Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, 1985-ci il təvəllüdlü Esmira Şirbala qızı Hüseynovanın işlədiyi mağazanın qarşısında üzərində zorakılıq əlamətləri olan meyidi tapılıb.
Hadisənin kim tərəfindən və hansı səbəbdən törədilməsi məlum deyil.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hələlik hadisəni törədən şəxsin kimliyi barədə bir neçə fərziyə olsa da, dəqiq məlumat yoxdur. Hazırda hadisə şahidlərinin ifadələri alınır.
ANS PRESS-in məlumatına görə, hadisə şahidləri milli.az saytına bildiriblər ki, qadını əri öldürüb. Qətl baş verən yerin fotoları sosial şəbəkələrdə yayılıb.