Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov virtualaz.org saytına açıqlamasında deyib ki, Yasamal Rayon Prokurorluğunda ölüm faktı ilə bağlı CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
E.Sultanovun sözlərinə görə, faciəvi hadisə bu gün saat 11-də şirkətin İnşaatçılar prospekti, 12/26 ünvanındakı ofisində baş verib: “Bu informasiyanı alan kimi Yasamal rayon prokuroru, prokuror-kriminalist və məhkəmə-tibb ekspertizasının nümayəndələri hadisə yerinə gedib və araşdırmalara başlayıblar”.
E.Sultanov bu fakta da diqqəti cəlb etdi ki, silahdan atəş açılan zaman Füzuli Qasımovun kabinetinin qapısı bağlı, şirkətin əməkdaşları isə öz iş yerlərində olub. Hadisənin səbəbləri prokurorluq işçiləri tərəfindən araşdırılır.