Bu gün Daşkənddə Özbəkistan Milli Telekanalının diktoru Rahmatilla Mirzayev qətlə yetirilib.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda Orta Asiya mənbələri məlumat yayır. Hadisənin təfərrüatları hələ məlum deyil.
Mirzayev Özbəkistan Milli Televiziyasının “Xəbər” proqramının diktoru olub və ölkədə böyük populyarlığa malik idi.