• ƏN SON
  • ÇOX OXUNAN
“Maydan”dan oliqarx müharibələrinə…

“Maydan”dan oliqarx müharibələrinə…

24 Mart| 17:16
SON DƏQİQƏ: Ərdoğan müjdəli xəbəri elan etdi – Türkiyə dünyanın ümid yeri olacaq

Türkiyə Rusiya ilə Ukrayna arasında qalıb

15 Aprel| 03:35
Müxalifət liderinin qızının şəxsi həyatı ilə bağlı videolara etiraz edən YAP-çı istintaqa cəlb olunub

Müxalifət liderinin qızının şəxsi həyatı ilə bağlı videolara etiraz edən YAP-çı istintaqa cəlb olunub

15 Aprel| 03:26
LAVROVUN TÜRKİYƏNİ HƏDƏF ALAN AÇIQLAMALARI – “Rusiya rəsmiləri başlarını itirib, ünvanı səhv salıblar”

LAVROVUN TÜRKİYƏNİ HƏDƏF ALAN AÇIQLAMALARI – “Rusiya rəsmiləri başlarını itirib, ünvanı səhv salıblar”

15 Aprel| 02:48
Nazirlik deputatı məhkəməyə verdi – FOTO

Nazirlik deputatı məhkəməyə verdi – FOTO

14 Aprel| 05:08
Navalnı xəstəxanaya yerləşdirildi

Navalnı Quran kitabına görə həbsxananı məhkəməyə verdi

14 Aprel| 00:59
Baş prokuror həbsdə olan jurnalistin həyat yoldaşını qəbul edib

Baş prokuror həbsdə olan jurnalistin həyat yoldaşını qəbul edib

12 Aprel| 23:40
“Rusiya bu tarixə qədər parçalana bilər” – Sensasion müsahibə

“Rusiya bu tarixə qədər parçalana bilər” – Sensasion müsahibə

12 Aprel| 23:03
Əfqan Muxtarlı aclıq aksiyasına başlayıb-Video

Gürcüstandan oğurlanmış jurnalist yenidən həmin ölkəyə niyə qayıdıb?

12 Aprel| 22:13
Azal-ın rəhbəri niyə görə “İdeal”ın rəhbərini həbs etdirib?

Azal-ın rəhbəri niyə görə “İdeal”ın rəhbərini həbs etdirib?

11 Aprel| 22:58
“Ölkədən 1,1 milyard manat çıxaran bankların adı ictimailəşməlidir” – Deputat

Azərbaycan sistemi, idarəetməsi və ideolojisi bəlli olmayan hibrid bir ölkədir

11 Aprel| 22:22
”Dəm qazından boğulmaların 50 faiz günahkarı ”Azəriqaz”dır”

Azərbaycanın səfiri 250 min manata maşın aldı – Fotolar

11 Aprel| 21:03
Erməni qohumluğu olanlar vəzifələrə necə sahib olublar?

Erməni qohumluğu olanlar vəzifələrə necə sahib olublar?

10 Aprel| 20:24
Retail
Cümə axşamı, Aprel 15, 2021
BİZİMLƏ ƏLAQƏ
REKLAM
  • Başlanğıc
  • SİYASƏT
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • SOSİAL
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • ŞOU-BİZNES
  • ƏLAQƏ
No Result
View All Result
HEFTEAZ.TV
No Result
View All Result

“Maydan”dan oliqarx müharibələrinə…

24 Mart| 17:16
in MANŞET
0
Share on FacebookShare on Twitter

mafiya

“Vətənpərvərlikdən danışmağa başlayıblar, görünür, nəyisə oğurlamağa hazırlaşırlar…”

BUNA DA BAXIN

Müxalifət liderinin qızının şəxsi həyatı ilə bağlı videolara etiraz edən YAP-çı istintaqa cəlb olunub

LAVROVUN TÜRKİYƏNİ HƏDƏF ALAN AÇIQLAMALARI – “Rusiya rəsmiləri başlarını itirib, ünvanı səhv salıblar”

Saltıkov-Şedrinin iki əsr əvvəl yazdığı bu cümlə “demokratiyaya keçid dövrü”ndə batıb qalan bütün məkanlar üçün unikaldır. Və bu qaydadan hansısa istisna tapmaq müşkül işə çevrilib.

Ukrayna əksinqilabının bugünkü mənzərəsi də qətiyyən fərqli deyil. Orada qızışan və ölkənin entropiyasını artıran son “oliqarxik müharibələr” hansısa ölkələrin dünənidir, kiminin bu günüdür, haralardasa isə sabah baş verəcək. Kütlələrin “massovka”sı bitib, indi bölgüyə qurşanmaq olar.

Baş verənlər həm də nümunə və vəsaitdir: bax, öyrən. Öyrənəcəyikmi?

“Şokolad oliqarxı” prezident Poroşenko ilə “Benya” ləqəbli oliqarx İqor Kolomoyskinin biznes savaşı kədərli-ironik şərhlərə yol açır. Bu günlərdə həll olunur: Ukraynanı Obama idarə edir, yoxsa Benya?

Sonuncusu va-bank gedir, odur ki, “Vaşinqton obkomu”nun narahatlığı anlaşılandır. Söhbət Ukraynanın şərqində müharibəni maliyyələşdirən, faktik olaraq 5 vilayəti idarə edən (o cümlədən, Dnepropetrovsk, Odessa və Zaporojye) qubernatorun əlindəki təsir rıçaqlarının gücünü neytrallaşdırmağın hələlik qeyri-mümkünlüyü fonunda vəziyyəti status-kvoya qaytarmağın çətinliyindən gedir.

Variantlar isə elə də çox deyil: biznes müharibəsi ya xroniki fazaya keçirilməli, ya da “Benya”nın ünvanına snayper göndərilməli (Nemtsov kimi), ola da bilsin ki, peçenye paylayan Viktoriya Nuland “Benya”üçün bir şarf yollamalıdır (Berezovski kimi).

Hələlik isə ABŞ-ın Kiyevdəki səfirinin Kolomoyskiyə dediyi “Oliqarxların əvvəlki davranış tərzi bundan sonra yolverilməzdir” sözləri təsirsiz ötüşür. Fikir isə maraqlıdır: yəni, “Maydan” dövründə bu oliqarxlar məhz zorakılığın və qanın təşkilatçıları kimi lazım idilər, indi isə zahirən sivilləşmək əyyamıdır.

***

Nə baş verir? Əvvəlcə Kolomoyski öz kadrının vəzifədən götürülməsinə etiraz olaraq “Ukrransnafta”nı zəbt edir (bu şirkət neft və qazın nəqli sahəsində yerli nəhəngdir), Poroşenkonu “rus muzdluları ilə iş birliyi”ndə ittiham edərək “yağlı tikə”ni qorumağa çalışır.

Martın 22-si axşam isə Kiyevin mərkəzində o, “Ukrnafta”nın binasını ələ keçirərək barrikadalar qurur, bir gecədə şirkətin binasını metal hasara alır (“Ukrnafta”ya ölkədə neft hasilatının 60 faizi, qaz hasilatının isə 11 faizi məxsusdur).

“Xaç atası” filmindəki kimi: “Maykla deyin ki, bu, sadəcə biznesdir, şəxsi heç nə yoxdur”.

Ukraynanı indiki vakxanaliyaya gətirib çıxarmaq üçün Poroşenko və Kolomoyski əlbir idilər, indi isə biznes maraqları yolları ayırır.

Problemin kökündə nə dayanır? Radanın “Aksioner cəmiyyətlər haqqında” yeni qanununa görə, “Ukrnafta”da nəzarət paketinin rəqəmi 60 faizdən endirilərək 50 faiz plyus bir aksiya olacaq. Bu isə Poroşenkonun oliqarxatına onu Kolomoyskinin əlindən almaq üçün hüquqi zəmin hazırlayır.

Hazırda “Ukrnafta”da dövlətin payı 50 faiz, Kolomoyskinin “Privat”ının isə 42 faizdir. Yəni nəhəng gəlir mənbəyinə nəzarət “Benya”nın əlindən çıxır. O isə “Maydan”a ona görə çoxlu pul xərcləməmişdi ki, sonunda biznes-imperiyası zəifləsin…

Halbuki son bir illik müharibə Kolomoyskini onsuz da ağlagəlməz dərəcədə varlandırıb. Üstəlik o, biznes hakimiyyətinə siyasi hakimiyyət də qataraq qubernator təyin olunub və özünün çoxminli şəxsi ordusu ilə beş vilayəti ayağının altına alıb.

“Maydan” isteriyası başlanan vaxt o, “Forbes” jurnalının hesabatına görə, Ukraynanın 14-cü varlısı idi – hazırda isə 4-cüdür və sərvəti 2,1 milyard dollara bərabərdir (yeri gəlmişkən, bu siyahıda Poroşenko 7-cidir).

Bir il ərzində qan, müharibə, zorakılıq, yeni rejimin repressiyalarının yerlərdə icraçısı kimi xidmətlərinin müqabilində indi Kolomoyski özünü “incidilmiş” sayır və daha çox pay istəyir.

Hazırda Kiyevdə pat situasiyasıdır, ancaq tezliklə şimşəklərin çaxacağı gözlənilir. Razvyazka mütləq olmalıdır. “Benya” isə bu vaxt ölkənin şərqindən – döyüş mövqelərindən özünün maliyyələşdirdiyi şəxsi ordusunun və “Dnepr” batalyonunun iki minə yaxın hərbçisini Kiyevə gətirib (necə də bizim 1992-ci ilin mayındakı vəziyyətimizlə paralellik görmək olar).

Üstəlik, ölkəni daha da destabilizasiya edəcəyi ilə hədələyir, hətta Donetsk və Luqans Xalq respublikaları haqda müsbət sözlər də deyir. Martın 22-si gecə yerli telekanallardan birində o, bu respublikalar barədə söyləyir: “Bizdə artıq iki subyekt var ki, onları tanımasaq da faktik mövcuddurlar və fəaliyyət göstərirlər”.

Bu nədir, xəbərdarlıq? Yəni sabah Benya Odessanı və Dnepropetrovsku ayıracağı ilə hədələyir? Böyük ehtimalla.

Onun döyüş bölgələrindən öz “könüllülər”ini Kiyevə daşıması isə hətta 1990-cı illərin kriminal hesablaşmalarını da yox, klassik feodal müharibələrini xatırladır. Orta əsrlərdə cəngavərlər süzerenin birinci fitindəcə onun yardımına gəlməyə borcluydular. XXI əsrin “cəngavərlər”i isə feodalın maliyyəsindən tam asılı olan başıpozuqlar və fərarilərdən ibarətdir.

***

Bu fonda Vaşinqtonun da, Avropanın da narahatlığı anlaşılandır. Onsuz da “anti-Rusiya layihəsi” kimi böyük məbləğləri dəfn etmiş “Ukrayna balaqanı” artıq oliqarx müharibələrinə çevrilir.

Almaniyanın “Die Welt” qəzeti Ukraynaya həsr etdiyi son yazısında xatırladır: yeni hökumətin üzərinə götürdüyü əsas öhdəliklərdən biri oliqarxiya ilə mübarizə idi, hazırda isə “Ukrayna oliqarxiyası keyfiyyətcə tamamilə yeni səviyyəyə keçib”.

Yəni siyasi hakimiyyətlə qarışıb. Almanlar özlərini sadəlövhlüyəmi vurur? Harada görünüb ki, oliqarxlarla mübarizə oliqarxlara tapşırılsın? Və Poroşenkodan “siyasi intihar” gözləmək absurdun şedevri deyilmi?

Ukraynada isə hələlik Beynəlxalq Valyuta Fondundan (BVF) gəlib çıxan 5 milyard dollarlıq tranşın eyforiyasını yaşayırlar və əvvəlcədən gizlətmədən deyirlər: bu puldan sosial siyasətə bir sent də xərclənməyəcək. Əvəzində büdcə xərclərinin azaldılması, mənzil-kommunal tariflərinin Avropadakı səviyyəyə qədər bahalaşdırılması, qrivnanın devalvasiyası və hərbi xərclər əsas prioritetlərdir. Üstəlik, fakt deyil ki, bu 5 milyardın heç olmasa 10 faizi oğurlanmadan qalacaq.

Hazırda isə Ukrayna BVF-yə ən çox borcu olan dövlətlər siyahısında 4-cü yerə yüksəlib (ondan irəlidə yalnız Yunanıstan, İrlandiya və İspaniyadır). Bu ilin sonuna qədər BVF Kiyevə 10 milyard dollar verəcək, Kiyev isə bu ilin sonuna qədər BVF-yə 11 milyard dollar borc qaytarmalıdır. Yəni yeni borcları ona görə götürürlər ki, köhnələrinin faizlərini qaytarsınlar.

BVF-dən gələn pullar artdıqca ölkənin və xalqın vəziyyəti daha da çarəsizləşir. Bir sözlə, elə bir “lənətlənmiş dövrə” ki, ondan çıxış yolu görünmür. Bu fonda oliqarx müharibələri acı mənzərəni daha da tamamlayır.

Hər şey isə ondan başlayır ki, xalqlar klan savaşlarını və əksinqilabı İnqilab kimi qəbul edərək bu aldanışa razılaşırlar. Ardınca gələn peşmançılığın isə heç bir faydası olmur.

Bu da sizə “İnqilabın anatomiyası”…

***

Reallıq eynilə Karl Marksın yazdığı kimidir: “Kapitalı 10% qazancla təmin edin və o, istənilən uyğunlaşmaya razıdır, 50% qazancda o, başını itirməyə hazırdır, 100% qazancda bütün insanlıq qanunlarını tapdalayır, 300% qazancda isə elə bir cinayət yoxdur ki, dar ağacına getmək qorxusu altında belə o, risk etməsin…”

Məmməd Süleymanov

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Search

No Result
View All Result

SON ƏLAVƏLƏR

SON DƏQİQƏ: Ərdoğan müjdəli xəbəri elan etdi – Türkiyə dünyanın ümid yeri olacaq

Türkiyə Rusiya ilə Ukrayna arasında qalıb

15 Aprel| 03:35
Müxalifət liderinin qızının şəxsi həyatı ilə bağlı videolara etiraz edən YAP-çı istintaqa cəlb olunub

Müxalifət liderinin qızının şəxsi həyatı ilə bağlı videolara etiraz edən YAP-çı istintaqa cəlb olunub

15 Aprel| 03:26
LAVROVUN TÜRKİYƏNİ HƏDƏF ALAN AÇIQLAMALARI – “Rusiya rəsmiləri başlarını itirib, ünvanı səhv salıblar”

LAVROVUN TÜRKİYƏNİ HƏDƏF ALAN AÇIQLAMALARI – “Rusiya rəsmiləri başlarını itirib, ünvanı səhv salıblar”

15 Aprel| 02:48
Nazirlik deputatı məhkəməyə verdi – FOTO

Nazirlik deputatı məhkəməyə verdi – FOTO

14 Aprel| 05:08
Navalnı xəstəxanaya yerləşdirildi

Navalnı Quran kitabına görə həbsxananı məhkəməyə verdi

14 Aprel| 00:59
Baş prokuror həbsdə olan jurnalistin həyat yoldaşını qəbul edib

Baş prokuror həbsdə olan jurnalistin həyat yoldaşını qəbul edib

12 Aprel| 23:40
“Rusiya bu tarixə qədər parçalana bilər” – Sensasion müsahibə

“Rusiya bu tarixə qədər parçalana bilər” – Sensasion müsahibə

12 Aprel| 23:03
Əfqan Muxtarlı aclıq aksiyasına başlayıb-Video

Gürcüstandan oğurlanmış jurnalist yenidən həmin ölkəyə niyə qayıdıb?

12 Aprel| 22:13
Azal-ın rəhbəri niyə görə “İdeal”ın rəhbərini həbs etdirib?

Azal-ın rəhbəri niyə görə “İdeal”ın rəhbərini həbs etdirib?

11 Aprel| 22:58
“Ölkədən 1,1 milyard manat çıxaran bankların adı ictimailəşməlidir” – Deputat

Azərbaycan sistemi, idarəetməsi və ideolojisi bəlli olmayan hibrid bir ölkədir

11 Aprel| 22:22
”Dəm qazından boğulmaların 50 faiz günahkarı ”Azəriqaz”dır”

Azərbaycanın səfiri 250 min manata maşın aldı – Fotolar

11 Aprel| 21:03
Erməni qohumluğu olanlar vəzifələrə necə sahib olublar?

Erməni qohumluğu olanlar vəzifələrə necə sahib olublar?

10 Aprel| 20:24
SON DƏQİQƏ! Rusiya hərbi gəmiləri bombardmana başladı – NƏ BAŞ VERİR?

SON DƏQİQƏ! Rusiya hərbi gəmiləri bombardmana başladı – NƏ BAŞ VERİR?

10 Aprel| 20:15
Ermənistandan Xankəndini təmsil edən deputatımıza təhdid: “Başını kəsəcəyik” – FOTO

Ermənistandan Xankəndini təmsil edən deputatımıza təhdid: “Başını kəsəcəyik” – FOTO

10 Aprel| 19:47
Rüsiya səfirliyi qarşısında piket keçirildi – Video

Rüsiya səfirliyi qarşısında piket keçirildi – Video

09 Aprel| 22:23
Amnesty İnternational: Pandemiya ən yoxsul təbəqələri vurdu

Amnesty İnternational: Pandemiya ən yoxsul təbəqələri vurdu

08 Aprel| 21:59
ABŞ rəsmisi: “Rusiya Qarabağ münaqişəsinin həllinə imkan vermir”

ABŞ rəsmisi: “Rusiya Qarabağ münaqişəsinin həllinə imkan vermir”

08 Aprel| 21:21
Restoran və kafelər BAĞLANACAQ, qərar verildi – Aprelin 15-də…

Restoran və kafelər BAĞLANACAQ, qərar verildi – Aprelin 15-də…

08 Aprel| 20:48
“Ölkədən 1,1 milyard manat çıxaran bankların adı ictimailəşməlidir” – Deputat

“Ölkədən 1,1 milyard manat çıxaran bankların adı ictimailəşməlidir” – Deputat

08 Aprel| 20:18
Heydərovun və “Bank of Baku”nun Hikməti… – 30 milyonluq qazanc

Heydərovun və “Bank of Baku”nun Hikməti… – 30 milyonluq qazanc

08 Aprel| 20:14
Mart 2015
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev   Apr »

SON XƏBƏRLƏR

  • Türkiyə Rusiya ilə Ukrayna arasında qalıb
  • Müxalifət liderinin qızının şəxsi həyatı ilə bağlı videolara etiraz edən YAP-çı istintaqa cəlb olunub
  • LAVROVUN TÜRKİYƏNİ HƏDƏF ALAN AÇIQLAMALARI – “Rusiya rəsmiləri başlarını itirib, ünvanı səhv salıblar”

Əlaqə

Saytın təsisçisi və rəhbəri:

Aqil Mahmudov

Redaktor: Məhəmmədəli Mahmudlu

email: hefteaz65@mail.ru

Tel: 070 269 1433

  • Başlanğıc
  • SİYASƏT
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • SOSİAL
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • ŞOU-BİZNES
  • ƏLAQƏ

© 2020 HEFTEAZ.TV

No Result
View All Result
  • Başlanğıc
  • SİYASƏT
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • SOSİAL
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • ŞOU-BİZNES
  • ƏLAQƏ

© 2020 HEFTEAZ.TV