Aqil Mahmudov
Son üç ayda azərbaycanlıların böyük əksəriyyəti üçün əsl bəd xəbər manatın rəsmi kursunun dəyişdirilməsi haqqında xəbər oldu. Düzdür, ilk günlərin qarlı və şaxtalı havası bu xəbərin şokunu bir qədər azaltdı, axı soyuq havalar ucbatından adamlar dərhal alış-verişə çıxa bilmədilər. Di gəl, az sonra – elə ertəsi gün inflyasiyanın ilk böyük həmləsini hiss etdilər…
Amma şok yenə də yaşandı – əvvəlcə dollar, sonra da manat qıtlığı yarandı. Ola bilsin, kimlərsə kursun ilk «rəqs»lərindən – oynaşmalarından faydalanmağa çalışdı…
Ən bəd xəbərsə novruz bayramı ərəfəsi oldu. Belə ki, əksər ailələr qiymətlərin bahalaşması ucbatından bayram süfrəsi aça bilmədi. Azərbaycan hakimiyyəti isə, yenədə xalqı düşünmədən şoka saldı. Bu şok xəbər isə Azərbaycan hakimiyyətinin reklam üçün İtaliya futbol klubu “latsio”ya 40 milyon avro rul verməsidir. Maraqlıdır, elə bu detaldan görünür ki, inflyasiya bir səbəbdən yaranırsa da, bir neçə səbəbdən əlavə güc qazanır. Məsələn, psixoloji amillərdən impuls alır – hakimiyyət və xalq arasında inamsızlıq, qorxu-ürkü və panika yaranır. Belə ki, özünü reklam etmək üçün hakimiyyət qəsdən qısa müddətə ya qiymətlər fantastik dərəcədə sıçramasına şərait yaradır, ya da ki, xalqın əsarət altında qalmasına rəvac verir …
Nə etmək olar. Ölkədə krisiz baş alıb getdiyi bir dövrdə İtaliyanlar kef etməlidir…