Baş redaktordan
Hörmətli cənablar və xanımlar! Dünən səhər saat 8 radələrindən bu gün saat 18 radələrinə qədər Hefteaz.tv saytı haker hücumuna məruz qalmışdır. Hal-hazırda saytımızın əməkdaşları bu problemi aradan qaldırmışdır. Maraqlısı budur ki, iki ay öncə fəaliyyətə başlayan Hefteaz.tv saytı tez bir zamanda reytinq qazanası bəzi qüvvələri narahat etməyə başlayıb. Buna səbəb Hefteaz.tv saytında mütamadi olaraq ölkədəki sosial-iqtisadi problemlərin yaranması və bu problemlərə rəvac verən dövlət məmurları barədə tənqidi informasiyaların yer alması, həmçinin demokratik fikirli tanımış yazarların, müxalifət liderlərinin, tanınmış hüquq müdafiəçilərin fikir və rəylərinə o cümlədən “Azərbaycan saatı” kimi tanınan məşhur televiziya verlişinin yayımlanmasına şərait yaradılmasıdır ki, buda bəzi qüvvələri qorxuya salıb. Biz bir media orqanı olaraq bəyan edrik ki, Hefteaz.tv saytının rəhbərliyi və onun əməkdaşları heç bir təzyiq və təhdidlərdən çəkinmir.Əksinə bu cür təzyiqlər kollektivimizin müstəqil fikir və ideyasına bir daha təkan verməklə, heç bir qüvvədən asılı olmayan bir müstəqil media orqanı kimi fəaliyyətimizi davam etdirəcəyik