“Bəxtiyar Abbasovun himn səsləndirilən zaman oturmasını siyasiləşdirmək lazım deyil. O, sadəcə özünü pis hiss etdiyi üçün belə edib”.
Bunu sambo üzrə yığma komandanın baş məşqçisi Yaqub Abdullayev aznews.az-a açıqlamasında deyib.
O, Bəxtiyar Abbasovun himn səsləndirilən zaman özünü yaxşı hiss etmədiyini, buna görə də oturduğunu vurğulayıb: “Bu məsələni siyasiləşdirmək lazım deyil. İdman siyasət deyil axı. O da insandır və özünü pis hiss edə bilər”.
Qeyd edək ki, azərbaycanlı idmançı Bəxtiyar Abbasov Rusiyanın paytaxtı Moskvada keçirilən və Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kubokunda 3-cü yeri tutub. 1-ci yeri isə Aşot Danielyan qazanıb. Qaliblərin mükafatlandırılması zamanı isə samboçu qalib gəlmiş erməni idmançının şərəfinə səsləndirilən Ermənistanın himni zamanı ayaq üstə dayanmayıb və oturub.
[youtube http://www.youtube.com/watch?v=glgyDkta4j0?fs=1&feature=oembed&&wmode=opaque]