ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik martın 19-da Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən toqquşmaya münasibət bildirib.
Virtualaz.org-un məlumatına görə, amerikalı həmsədr tvitter səhifəsində yazıb: “Dağlıq Qarabağda zorakılığın bərpa olunması faciədir və atəş rejiminin pozulması ilə nəticələnir. Hələ ki, tərəflər bir-birini ittiham edir, bu hərəkətlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ziyan vurur”.