• ƏN SON
  • ÇOX OXUNAN
«ƏRƏB BAHARI» SONA YETMƏDİ?

«ƏRƏB BAHARI» SONA YETMƏDİ?

29 Mart| 19:23
ABŞ-ın Azərbaycana münasibətdə prioriteti demokratiya olacaq

ABŞ-ın Azərbaycana münasibətdə prioriteti demokratiya olacaq

18 Aprel| 04:42
Paşinyan Araikə niyə cinayət işi açdırdı?

Paşinyan Araikə niyə cinayət işi açdırdı?

18 Aprel| 02:37
Nazir müavinin Çexiyadakı şirkəti barədə yeni faktlar – Əli Abdullayev Akif Çovdarovun qudası ilə ortaqdır?

Nazir müavinin Çexiyadakı şirkəti barədə yeni faktlar – Əli Abdullayev Akif Çovdarovun qudası ilə ortaqdır?

17 Aprel| 23:25
Nazim İbrahimovun qardaşı həbs edildi

Nazim İbrahimovun qardaşı həbs edildi

17 Aprel| 22:41
Goycayda vəzifəli şəxslər həbs olundu – SON DƏQİQƏ

Goycayda vəzifəli şəxslər həbs olundu – SON DƏQİQƏ

17 Aprel| 22:14
SABİQ NAZİRİN KÜRƏKƏNİ LONDONDA ƏMLAKA MİLYONLAR YATIRDI – Daha 4 bina aldı + FOTOLAR

SABİQ NAZİRİN KÜRƏKƏNİ LONDONDA ƏMLAKA MİLYONLAR YATIRDI – Daha 4 bina aldı + FOTOLAR

17 Aprel| 00:20
Raul Kastro vəzifəsindən istefa verib

Raul Kastro vəzifəsindən istefa verib

17 Aprel| 00:15
MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” – “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər

MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” – “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər

17 Aprel| 00:09
Dövlət Gömrük Komitəsi ləğv oluna bilər – AÇIQLAMA

Dövlət Gömrük Komitəsi ləğv oluna bilər – AÇIQLAMA

16 Aprel| 23:24
Minsk qrupunun tapdığı fındıq – Onlar nə istəyir?

Minsk qrupunun tapdığı fındıq – Onlar nə istəyir?

16 Aprel| 16:18
RAMİZ MEHDİYEV MƏHKƏMƏDƏ UDUZDU… – Keçmiş direktor geri qayıtdı

RAMİZ MEHDİYEV MƏHKƏMƏDƏ UDUZDU… – Keçmiş direktor geri qayıtdı

15 Aprel| 21:51
Bakı bağçalarında 2 milyonluq yeyinti – Rəsmi açıqlandı

Bakı bağçalarında 2 milyonluq yeyinti – Rəsmi açıqlandı

15 Aprel| 21:09
Retail
Bazar, Aprel 18, 2021
BİZİMLƏ ƏLAQƏ
REKLAM
  • Başlanğıc
  • SİYASƏT
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • SOSİAL
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • ŞOU-BİZNES
  • ƏLAQƏ
No Result
View All Result
HEFTEAZ.TV
No Result
View All Result

«ƏRƏB BAHARI» SONA YETMƏDİ?

29 Mart| 19:23
in ARAŞDIRMA
0
Share on FacebookShare on Twitter

qe

Bu, məzhəb davasıdır, yoxsa «qarın davası»?

BUNA DA BAXIN

Nazir müavinin Çexiyadakı şirkəti barədə yeni faktlar – Əli Abdullayev Akif Çovdarovun qudası ilə ortaqdır?

SABİQ NAZİRİN KÜRƏKƏNİ LONDONDA ƏMLAKA MİLYONLAR YATIRDI – Daha 4 bina aldı + FOTOLAR

Başda ABŞ olmaqla, «Qərb koalisiyası» Liviyanı «linç» edib qurtarandan az sonra bəzi analitiklər, siyasi şərhçilər, ərəbşünaslar-şərqşünaslar belə bir fikir irəli sürməyə başlamışdılar ki, «ərəb baharı» artıq sona yetmək üzrədir. Gerçəkdən də «ərəb bölgəsi»ndə yaranan nisbi sakitlik fonunda, digər bir bölgədə – Avropanın şərqində baş qaldıran separatizm və Rusiya-Ukrayna qarşıdurması bu qənaətə müəyyən qədər haqq qazandırırdı. Fəqət, son bir neçə gündə Yəməndə cərəyən edən proseslər bunun əksini ortaya qoydu. İndi haqlı olaraq, belə qənaətə gəlmək olar ki, sanki «lənətlənmiş» bu bölgədə heç vaxt sabitlik və əminamanlıq baş tutmayacaq…

Yəməndə nə baş verir?

Məlum olduğu kimi, dünyanın ən kasıb dövlətlərindən biri olan Yəməndə yaşanan başıpozuqluq artıq dörd ildir davam edir. Nəhayət ki, «vulkan püskürdü» və «lava»sı ölkə sərhədlərindən çox-çox uzaqlara səpələnməyə başladı (səbəbləri barədə bir qədər sonra qısaca söhbət açaam). Məsələn, qibtə ediləcək tez bir zamanda «Ərəb koalisiyası» yarandı (Səudiyyə Ərəbistanı başda olmaqla), Türkiyə-İran «atışması» baş verdi, Rusiya və Çin rəsmi Yəməni dəstəkləyən mövqeyini ortaya qoydu, Rusiya, husiləri dəstəklədiyinə görə, İranı qınadı, yaxın-uzaq ölkələrdə neftin qiymətinin qalxacağı barədə «pıçıldaşma»lar başladı və s.
Ən təhlükəlisi isə odur ki, Səudiyyə Ərəbistanı başda olmaqla, yaranmış «beynəlxalq koalisiya» və Fars körfəzinin digər ərəb ölkələri Yəməndə hərbi əməliyyatlara başladı. Bununla da paytaxtdan qovulmuş Yəmən prezidenti Mansur Hadinin kömək çağırışlarının eşidildiyi məlum oldu.
Analitiklərin fikrincə, bu hərbi kampaniya gerçəkdən, nəhəng miqyas ala bilər. Hələlik isə Yəmən sərhədləri daxilində qarşıdurma yerli şiə üsyançıları (husilər) ilə Mansur Hadiyə sadiq hərbi hissələr arasında yaşansa da, ölkənin ayrı-ayrı bölgələrinə nəzarət edən qruplaşmaların (tayfalar) da hərbi əməliyyatlara qoşulacağı şübhə doğurmur. Diqqət çəkən isə odur ki, həmin qruplaşmaların hər biri (əsasən, husilər, hadilər və əl-Qaidə) müəyyən güclü dövlətlər tərəfindən himayə olunur. Məsələn, üsyançı husilərin İran İslam Respublikası ilə çox isti münasibətlərinin olduğu, əl-Qaidənin isə Səudiyyə Ərəbistanı tərəfindən dəstəkləndiyi bildirilir. O da məlumdur ki, məhz əl-Qaidə qüvvələrinin sayəsində Səudiyyə Krallığı Yəmən ərazisinin böyük bir hissəsini öz nəzarəti altında saxlayır. «Marja»dan götürülmüş bir xəritədə bu mənzərəni açıq-aydın seyr etməki mümkündür.

clip_image002

Xəritədən göründüyü kimi, Yəmən şimal tərəfdən başdan-başa Səudiyyə Ərəbistanı ilə, şimal-şərqdən isə Omanla həmsərhəddir. Məhz bu səbəbdən də Səudiyyə Ərəbistanının canfəşanlığını anlamaq olar. Çünki husilərin (şiə məzhəbli üsyançıların) üstünlük (qələbə) qazanacağı təqdirdə Yəməndə indiyə qədər mövcud olmuş siyasi ovqat köklü sürətdə Səudların ziyanına dəyişə bilər.
Ən əsası isə Səudiyyə Krallığı Bab-əl-Məndəb boğazı üzərində nəzarəti itirə bilər. Körfəzə nəzarətin əhəmiyyəti barədə isə uzun-uzadı danışmağa dəyməz. Təkcə onu qeyd etmək kifayətdir ki, bölgədən dəniz marşrutu ilə Amerikaya və dünyanın digər ölkələrinə neft məhz Bab-əl-Məndəb boğazından keçməklə daşınır. Məhz bu səbəbdən dolayı da «ərəb koalisiyası»nın tələm-tələsik məhz OPEK dövlətləri tərəfindən yaradılması heç də təəccüblü deyil. Məlumdur ki, bölgədən dəniz marşrutu ilə neft ixracı məhz OPEK dövlətləri tərəfindən həyata keçirilir. Husilərin boğaz üzərində (onların sayəsində isə OPEK-ə alternativ olan İranın) nəzarəti tamamilə ələ alması bölgənin neft ixracçılarının, xüsusilə də Səudiyyə Ərəbistanının maraqlarına böyük zərbə olardı. Odur ki, şərhçilərin əksəriyyəti Yəməndə yaşanan münaqişəni məhz İran və Səudiyyə Ərəbistanı arasındakı qarşıdurma kimi səciyyələndirir…

Məzhəb davası?

Rəsmi məlumatlara görə, Səudiyyə Ərəbistanında rəsmi din İslamın sünni məzhəbinin vəhhabi (Mühəmməd ibn Əbdül-Vəhhabın davamçıları) təriqətidir. Müxtəlif məlumatlara görə, ölkə əhalisinin 85.0-93,3 faizi sünni məzhəbindən olanlardı (vəhhabilər, şəfilər, hənifilər, malikilər və s.). Yuxarıdakı xəritədən göründüyü kimi, Yəmən ərazisinin böyük bir hissəsi əl-Qaidə qruplaşmasının nəzarəti altındadır. O da məlumdur ki, lap bu yaxınlarda əl-Qaidə İŞİD-ə qoşularaq, ona sədaqət andı içib. Odur ki, Yəməndə qərarlaşmış əl-Qaidə qruplaşması mahiyyət etibarilə, İŞİD-in bu ölkədəki təmsilçisi rolunu oynayır. Buradan da belə bir dolayı nəticə çıxarmaq olar ki, Səudiyyə Ərəbistanı Yəmənə soxulmaqla, öz maraqları naminə əslində, ABŞ və digər anti-İŞİD dövlətlərin maraqlarına qarşı çıxmış olur. Aydındır ki, bu da ABŞ-ı qane edə bilməz. Son zamanlar ABŞ və İran arasında müşahidə olunan «isti təmas»ları da məhz bu amillə əlaqələndirən şərhçilər də var. Sanki İrana yönəlik sərgilədiyi «yumşalma» ilə ABŞ «nəzarədən çıxmaq üzrə olan» Səudiyyəni bir növ, «cəzalandırır». Beləliklə, ABŞ-ın ikili standartlarla «nəfəs aldığı» bu mülahizənin timsalında bir daha özünü açıqca büruzə verir…
Beləliklə, Yəməndə yaşanan qarşıdurmanın (artıq, müharibənin) predmetinin «məzhəb davası» olmadığı ortaya çıxır. Belədə, Yəmən olayları ətrafında bu günlərdə Türkiyə və İran arasında yer almış «atışma» mənasızlığı ilə diqqəti çəkir.

«Atışma»

xyT5ig5lI9gi

Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğan bu günlərdə Yəmən hadisələrini şərh edərkən, çox maraqlı bir fikir səsləndirib. Prezident deyib ki, Yəməndə baş verənlər şiə-sünni qarşıdurmasıdır, yəni ki, «məzhəb davasıdır». Amma siyasi şərhçilərin əksəriyyəti bu fikirlə razılaşmır. Düzdür, Türkiyə Prezidenti ölkəsinin məzhəb davasına qarışmadığını da söyləyərək, qeyd edib ki, İran bu məsələdə fərqli mövqe tutur və Yəməndəki şiə üsyançıları dəstəkləyir. İranın bu siyasətini tənqid edən Ərdoğan, bildirib ki, İran, İraq və Suriyaya yönəlik də bu siyasətini həyata keçirir: «İran istəyir ki, bölgədə hökmran olsun. Buna icazə verilə bilərmi? Bu, bölgədə bir çox ölkəni – bizi də, Səudiyyə Ərəbistanını da, Körfəz ölkələrini də narahat edir. İranın bunu görməsi lazımdır…»
İran tərəf də bu ittihamlara əlüstu cavab verib və Türkiyə prezidentinin düzgün mövqedə olmadığını bəyan edib. İranın xarici işlər naziri bu barədə belə deyib: «Öz yanlış strategiyası və eqoist siyasəti ilə böyük xəsarətlərə səbəb olan şəxslər yaxşı olar ki, məsuliyyətli davranaraq, mövcud potensiallardan bölgədə sabitliyin bərqərar edilməsi məsələsində səmərəli istifadə etsinlər və regional inteqrasiyanın inkişafı yolunda addım atsınlar… İran qardaş ölkələrlə birlikdə Yəməndə sabitlik və təhlükəsizliyin bərqərar edilməsi, habelə, bu ölkənin birliyinin qorunması məqsədilə bütün yəmənli qruplar arasında dialoq və müzakirələrə şəraitin yaradılmasına kömək etməyə hazırdır…»
Yuxarıdakı xəritəyə baxdıqca, aydın olur ki, Yəməndə (Yəmənin timsalında isə bütöv Ərəbistanda) hələ də tayfa-qrup maraqları toqquşmaqda, keçmişlərdə olduğu kimi, «qəbilə müharibələri» davam etməkdədir. Bundan faydalananlar isə həmişə qeyri-müsəlmanlar olur! Bu mənada, Yəmən olaylarına yönəlik Pakistanın sərgilədiyi təmkinli-düşünülmüş neytral mövqe alqışa layiqdir.
Özlüyündə aydındır ki, digər münaqişə-müharibələrdə olduğu kimi, Yəmən münaqişəsində də böyük-kiçik dövlətlərin hər birinin öz marağı var. Bu, başa düşüləndir. Məsələn, Yəmən olaylarından ABŞ da, Rusiya da, İran da, Türkiyə də, Körfəz dövlətləri də müəyyən dividentlər əldə etməyə çalışırlar. Maraqlar müxtəlif ola bilər, amma onların gerçəkləşdirilməsi məsələsində din-məzhəb amilini əldə bayraq etmək heç yaxşı davranış sayıla bilməz. Əslində bu, yüz milyonlarla insanın dini inancını möhtəkirlik hədəfinə çevriməkdən başqa bir şey deyil. Maraqlıdır ki, müsəlman ölkələrindən başqa heç bir dövlət «məzhəb davası» anlayışını dilə gətirmir və hər dəfə də ən böyük dividenti onlar əldə etmiş olurlar. Yəmən davasında da elə olacaq – buna şübhə yoxdur…

Kim qalib gələcək?

Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin Səna şəhərini bombaladığı barədə artıq məlumat verilib. Şəhər husilərin nəzarəti altındadır və orada üsyançıların çoxlu sayda hərbi bazaları (anbarları) yerləşir. Rusiya və Türkiyənin isə əməliyyatlar keçirən Səudiyyə Ərəbistanını dəstəklədiyi barədə məlumatlar yayılıb. Misirin, İordaniyanın, Sudanın və digər ölkələrin də əməliyyatları dəstəklədiyi bildirilir. ABŞ husi üsyançılarına qarşı görülən tədbirləri alqışlayıb. Rusiya prezidenti Vladimir Putin isə İran prezidenti Həsən Ruhani ilə telefonla danışıb və onu ölkəsinin Yəməndə hərbi fəaliyyətinə son verməyə çağırıb…
88178_src

Bu fonda, SNN xəbər verib ki, Yəmənli şiələrə qarşı əməliyyata ərəb dövlətləri koalisiyasına daxil olan ölkələrdən 5 minədək əsgər və zabit yaxın günlərdə Yəmənə gələcək. Bu kontingentin əsas vəzifəsi isə Yəmən prezidentinin iqamətgahının yerləşdiyi Ədən şəhərinin təhlükəsizliyini təmin etməkdən ibarətdir. Bu şəhər Qırmızı dənizdə hər gün 20 min gəminin, neft tankerlərinin keçdiyi Bab-əl-Məndəb boğazının üstündə yerləşir. Yaranmış belə vəziyyət Yəməni daha geniş miqyaslı müharibənin meydanına çevirə bilər…
Analitiklərin fikrincə, Səudiyyə Ərəbistanı Yəməndə qələbə qazana bilməyəcək. Onun həyata keçirdiyi bombardmanlar da gözlənilən nəticəni verməyib. Xəbər verilir ki, Səna aeroportu artıq fəaliyyətini bərpa edib və normal iş rejiminə keçib. Hərbi anbarlara endirilən zərbələr isə elə bir itkiyə səbəb olmayıb. Odur ki, vəziyyəti dəyişmək üçün yerüstü əməliyyatlara ehtiyac yarandığı qənaəti ortaya çıxır. Belədə, məntiqi sual yaranır – bu əməliyyatları kim həyata keçirəcək? Marokkodan tutmuş Pakistana qədər bir çox ölkə Yəməndə hərbi əməliyyatları dəstəkləsə də, reallıqda hələ ki, irəli duran yoxdur. Əgər Misir bu məqsədlə bir-iki təyyarə göndərəcəksə, bunu dəstək saymaq olmaz. Qoşun göndərmək isə tamam başqa məsələdir. Fəqət, mövcud vəziyyətdə bu dövlətlər uzaq Cənubi Ərəbistan səhralarında döyüşməyə hazırdırlarmı? Məsələn, İordaniya hazırdırmı ki, Yəmənə qoşun göndərməklə, Suriya və Fələstinlə sərhədlərinin mühafizəsini zəiflətsin? Digər tərəfdən, başqa bir sual baş qaldırır – bu dövlətlərin hərbi qüvvələri Yəməndə vuruşmaq üçün nə qədər döyüş qabiliyyətlidir? Məsələn, Misir XX əsrdə apardığı bütün müharibələri uduzub. Səudiyyə Ərəbistanı isə son onilliklər ərzində ümumiyyətlə, heç bir müharibədə iştirak etməyib.
Yayılan məlumatlara görə, hazırda Yəmən, 25 milyon insana 60 milyon atıcı silah hesabilə, silahlanmış vəziyyətdədir. Deməli, ölkə əhalisi tam silahlanıb. Bu ölkədə mülki və hərbi əhali anlayışı yoxdur – münaqişə baş verərkən hamı döyüşür. Yəmənlilər isə döyüşkənlikləri ilə həmişə seçiliblər. Onlar «anadangəlmə» döyüşçü sayılırlar və bunu hələ Məhəmməd Peyğəmbərin dövründən sübuta yetiriblər (yəmənlilər Peyğəmbərin ordusunun nüvəsini təşkil ediblər). O da məlumdur ki, 2014-cü ildə yəmənlilər Səudiyyə qoşunlarını Yəmən və Səudiyyə Ərəbistanı arasında mübahisəli sayılan ərazilərdən vurub çıxardıblar. Digər tərəfdən, Səudiyyə Ərəbistanın Yəmənə hücumu artıq bu ölkədə bir çox qüvvələri bir araya gətirib. Hətta husilərin bəzi əleyhdarları da xarici təcavüzə qarşı birgə mübarizəyə hazır olduqlarını bildiriblər. Bir neçə gün əvvəl isə Sənada bu təcavüzə etiraz əlaməti olaraq çoxminli mitinqin keçirildiyi bildirilir. Ölkənin aparıcı siyasi gücləri də istənilən xarici təcavüzə cavab vermək yolunda birgə mübarizə aparmaq barədə razılığa gəliblər…

Mirzə AĞ

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Search

No Result
View All Result

SON ƏLAVƏLƏR

ABŞ-ın Azərbaycana münasibətdə prioriteti demokratiya olacaq

ABŞ-ın Azərbaycana münasibətdə prioriteti demokratiya olacaq

18 Aprel| 04:42
Paşinyan Araikə niyə cinayət işi açdırdı?

Paşinyan Araikə niyə cinayət işi açdırdı?

18 Aprel| 02:37
Nazir müavinin Çexiyadakı şirkəti barədə yeni faktlar – Əli Abdullayev Akif Çovdarovun qudası ilə ortaqdır?

Nazir müavinin Çexiyadakı şirkəti barədə yeni faktlar – Əli Abdullayev Akif Çovdarovun qudası ilə ortaqdır?

17 Aprel| 23:25
Nazim İbrahimovun qardaşı həbs edildi

Nazim İbrahimovun qardaşı həbs edildi

17 Aprel| 22:41
Goycayda vəzifəli şəxslər həbs olundu – SON DƏQİQƏ

Goycayda vəzifəli şəxslər həbs olundu – SON DƏQİQƏ

17 Aprel| 22:14
SABİQ NAZİRİN KÜRƏKƏNİ LONDONDA ƏMLAKA MİLYONLAR YATIRDI – Daha 4 bina aldı + FOTOLAR

SABİQ NAZİRİN KÜRƏKƏNİ LONDONDA ƏMLAKA MİLYONLAR YATIRDI – Daha 4 bina aldı + FOTOLAR

17 Aprel| 00:20
Raul Kastro vəzifəsindən istefa verib

Raul Kastro vəzifəsindən istefa verib

17 Aprel| 00:15
MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” – “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər

MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” – “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər

17 Aprel| 00:09
Dövlət Gömrük Komitəsi ləğv oluna bilər – AÇIQLAMA

Dövlət Gömrük Komitəsi ləğv oluna bilər – AÇIQLAMA

16 Aprel| 23:24
Minsk qrupunun tapdığı fındıq – Onlar nə istəyir?

Minsk qrupunun tapdığı fındıq – Onlar nə istəyir?

16 Aprel| 16:18
RAMİZ MEHDİYEV MƏHKƏMƏDƏ UDUZDU… – Keçmiş direktor geri qayıtdı

RAMİZ MEHDİYEV MƏHKƏMƏDƏ UDUZDU… – Keçmiş direktor geri qayıtdı

15 Aprel| 21:51
Bakı bağçalarında 2 milyonluq yeyinti – Rəsmi açıqlandı

Bakı bağçalarında 2 milyonluq yeyinti – Rəsmi açıqlandı

15 Aprel| 21:09
SON DƏQİQƏ: Ərdoğan müjdəli xəbəri elan etdi – Türkiyə dünyanın ümid yeri olacaq

Türkiyə Rusiya ilə Ukrayna arasında qalıb

15 Aprel| 03:35
Müxalifət liderinin qızının şəxsi həyatı ilə bağlı videolara etiraz edən YAP-çı istintaqa cəlb olunub

Müxalifət liderinin qızının şəxsi həyatı ilə bağlı videolara etiraz edən YAP-çı istintaqa cəlb olunub

15 Aprel| 03:26
LAVROVUN TÜRKİYƏNİ HƏDƏF ALAN AÇIQLAMALARI – “Rusiya rəsmiləri başlarını itirib, ünvanı səhv salıblar”

LAVROVUN TÜRKİYƏNİ HƏDƏF ALAN AÇIQLAMALARI – “Rusiya rəsmiləri başlarını itirib, ünvanı səhv salıblar”

15 Aprel| 02:48
Nazirlik deputatı məhkəməyə verdi – FOTO

Nazirlik deputatı məhkəməyə verdi – FOTO

14 Aprel| 05:08
Navalnı xəstəxanaya yerləşdirildi

Navalnı Quran kitabına görə həbsxananı məhkəməyə verdi

14 Aprel| 00:59
Baş prokuror həbsdə olan jurnalistin həyat yoldaşını qəbul edib

Baş prokuror həbsdə olan jurnalistin həyat yoldaşını qəbul edib

12 Aprel| 23:40
“Rusiya bu tarixə qədər parçalana bilər” – Sensasion müsahibə

“Rusiya bu tarixə qədər parçalana bilər” – Sensasion müsahibə

12 Aprel| 23:03
Əfqan Muxtarlı aclıq aksiyasına başlayıb-Video

Gürcüstandan oğurlanmış jurnalist yenidən həmin ölkəyə niyə qayıdıb?

12 Aprel| 22:13
Mart 2015
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev   Apr »

SON XƏBƏRLƏR

  • ABŞ-ın Azərbaycana münasibətdə prioriteti demokratiya olacaq
  • Paşinyan Araikə niyə cinayət işi açdırdı?
  • Nazir müavinin Çexiyadakı şirkəti barədə yeni faktlar – Əli Abdullayev Akif Çovdarovun qudası ilə ortaqdır?

Əlaqə

Saytın təsisçisi və rəhbəri:

Aqil Mahmudov

Redaktor: Məhəmmədəli Mahmudlu

email: hefteaz65@mail.ru

Tel: 070 269 1433

  • Başlanğıc
  • SİYASƏT
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • SOSİAL
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • ŞOU-BİZNES
  • ƏLAQƏ

© 2020 HEFTEAZ.TV

No Result
View All Result
  • Başlanğıc
  • SİYASƏT
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • SOSİAL
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • ŞOU-BİZNES
  • ƏLAQƏ

© 2020 HEFTEAZ.TV