Yevlax rayonu ərazisində dəhşətli yol qəzası baş verib.
“Qafqazinfo” xəbə verir ki, rayonun Aran qəsəbəsi ərazisində eyni istiqamətdə hərəkətdə olan “Toyota Rav 4” markalı minik maşını MAN markalı yük maşınına çırpılıb. Yüksək sürətlə hərəkətdə olan minik maşınında olan 4 nəfər – 1 qadın, 3 kişi hadisə yerində həlak olub. Yük maşının arxasına çırpılan minik maşınındakı şəxslərin meyitləri zərbənin təsirindən maşından çıxaraq ətrafa səpələnib.
Hadisə yerinə FHN və Təcili Tibbi Yardım əməkdaşları cəlb olunub.
Virtualaz.org saytının xəbər verdiyi kimi, dünən də Salyanda bir ailənin 5 üzvünün ölməsi ilə nəticələnən ağır qəza baş vermişdi.