QAT həqiqi soyqırım mövzusunda tədbir keçirib
Ermənilərin qondarma soyqrımın 100 illiyini qeyd etməyə hazırlaşdığı bir vaxtda Qarabağ Azadlıq Təşkilatı(QAT) bu gün “Azərbaycan xalqına qarşi ilk soyqırım” mövzusunda tədbir keçirib.
ANS TV-nin məlumatına görə, tədbirin keçirilməsində əsas məqsəd isə 1905-ci ildə erməni terror təşkilatlarının və silahli dəstələrinin 50 mindən artıq azərbaycanlıya qarşı törətdiyi soyqırımı dünyaya tanıtmaqdır. Dünyanın diqqətini qondarma yox, həqiqi soyqırıma yönəltməkdir.
Dəyirmi masada ermənilərin Azərbaycan xalqınan qarşı törətdiklərin soyqrımın 110 illiyi ilə bağlı sənəd qəbul olunub. Sənəd beynəlxalq birliyə və ölkədaxili qrumlara təqdim olunmaq üçün nəzərdə tutulub.
QAT-ın sədri Akif Nağı bəzi faktları dünyaya kiminsə bizə yazığı gəlməsin deyə çıxardılmadığını deyir. O yalvarmağın erimənilərə xas bir xüsusiyytət olduğunu bir daha vurğuladı. Bütün dünya bilməlidir ki, ilk soyqrım azərbaycanlılara qarşı törədilib və bu soyqrımı törədən də ermənilər olub.
ANS TV