Tağıyeva ANS PRESS-ə açıqlamasında yeni təyinatı barəsində danışıb.
“Məni diqqətdə saxladığınız üçün təşəkkür edirəm. Əvvəl dediyim kimi nazirlikdən ayrılmağımın səbəbi məhz elmlə məşğul olmaq istəyim idi. Vaxt azlığından elmi fəaliyyətini davam etdirmək imkanım olmurdu”.
Sabıq direktor fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) davam etdirir. O, Coğrafiya İnstitutunun iqlim və aqroiqlim şöbəsində aparıcı mütəxəssis vəzifəsində çalışır.
U.Tağıyeva məhz bu institutda elmi iş müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Umayra Tağıyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaranandan – 2002-ci ildən 2015-ci ilədək Proqnozlar Bürosuna rəhbərlik edib. Ona qədər isə- 1993-cü ildə keçmiş Hidrometeorologiya Komitəsi Proqnozlar şöbəsinin rəisi olub.
ANS PRESS