Hakimiyyətə qarşı fevralın 20-də izdihamlı mitinq keçiriləcək
Ermənistan paytaxtında fevralın 20-də prezident Serj Sarkisyan hakimiyyəti sarsıdacaq izdihamlı mintinq keçiriləcək.
ANS PRESS-in Ermənistan mətbuatına istinadla verdiyi məlumata görə, mitinqi İrəvanda parlamentdə təmsil olunan üç partiya təşkil edəcək. Bir gün əvvəl “Çiçəklənən Ermənistan”, “İrs” partiyalarının və Erməni Milli Konqresinin rəhbərləri Qaqik Sarukyan, Raffi Ovannisyan və Levon Ter-Petrosyan arasında görüş olub. Onlar ölkədəki daxili siyasi vəziyyəti müzakirə ediblər.
Danışıqlar zamanı ölkədə hakimiyyətin apardığı yarıtmaz siyasət nəticəsində yaranmış vəziyyətdən çıxmaq məqsədilə fevralın 20-də İrəvanda ümummilli mitinqin keçirilməsi barədə qərar qəbul edilib.
Xatırladaq ki, keçən həftə iqtidarda olan “Respublika” partiyasının iclasında prezident Serj Sarkisyan Qaqik Sarukyan haqqında xoşagəlməz ifadələr işlədib, onu ölkə üçün şər qüvvə adlandırıb və ölkənin Təhlükəsizlik Şurasının üzvlüyündən azad edib.
ANS PRESS