
Müsavat partiyasına uzun zaman kəsiyində rəhbərlik edən İsa Qəmbər apardığı siyasətin və idarəçilik üsulunun yarıtmaz olduğunu anladıqdan sonra vəziyyətdən “təmiz” çıxmaq yollarını aramağa başladı.İlk növbədə partiyada başqanlıq institutuna dəyişiklik etmək qərarına gəldi və başqanlıq seçkilərinə kvota təyin edildi.Buna baxmayaraq bu illər ərzində İsa Qəmbər 3 dəfədən artıq başqan kürsüsündə qaldı.İsa Qəmbər başqanlıqdan gedişini simvolik , lakin təkrarolunmaz kmi qələmə vermək istəməsi səbəbindən öz yerinə çox yaxın münasibətləri olan və eyni sosial bazaya malik olduğu Qubad İbadoğlunu təyin etmək qərarına gəldi..Təbii ki, müsavatda Arif Hacılı tərəfdarlarının çox olması səbəbindən bu proses İsa Qəmbət tərəfindən süni olaraq uzadıldı ki, zaman udulsun və seçkilərdə Qubad İbadoğlunun qələbəsini təmin etmək üçün zəmin yaransın.Demək olar ki, plan uğurla həyata keçirilmək üzrə idi.Sadəcə bir neçə gün kifayət etmədi ki, 10-15 qurultay nümayəndəsini Qubad bəyə səs verməsinə inandısınlar.Qurltay ərəfəsində İsa Qəmnbər tərəfdarları ondan Qubad İbadoğlunu açıq mətnlə dəstəkləmək tələbini etsələr də vəziyyəti qiymətləndirən keçmiş başqan buna getmədi.Nəticə oratya qoyulduqdan sonra İsa Qəmbər bu addımı atmadı və siyasi nöqteyi nəzərdən yanaşsaq düzgün də etdi.Bunula İsa Qəmbər öz siyasi varlığını bir qədər də uzatmaq imkanı əldə etdi.
Qubad İbadoğlu isə İsa Qəmbəri qorumaq yolunu tutaraq özünü qurban vermək qəranıa gəldi.Bundan sonra Arif hacılını neytrallaşdırmaq üçün meydana İsa Qəmbərin ağır arttilleriyası olan Rauf Arifoğlunun girməsi gözlənilir