Təyyarənin ekipaj üzvlərinin taleyi hələlik məlum deyil
Rusiyanın Volqaqrad şəhərində Su-24 tipli qırıcı təyyarə qəzaya düşüb.
ANS PRESS-in məlumatına görə, hadisə “Marinovka” aerodromundan 7 km məsafədə baş verib. Təyyarədə iki ekipaj üzvü olub.
Hadisə şahidləri bildirib ki, təyyarə qəzası zamanı iki nəfər paraşütlə aşağı tullanıb. Ehtimallara görə, qırıcı təyyarənin qəzaya düşməsinə səbəb pilotların səhvi və ya texniki nasazlıq olub.
Qırıcının düşdüyü ərazidə sonradan böyük yanğın baş verib. Ancaq yanğın qısa zaman ərzində söndürülüb.
Təyyarənin ekipaj üzvlərinin taleyi hələlik məlum deyil. Rusiya Müdafiə Nazirliyinin xüsusi komissiyası hadisənin səbəblərini araşdırmağa başlayıb.
İlkin məlumatlara görə, bombardmançı təyyarəni podpolkovnik və kapitan idarə edib.
ANS PRESS