Klubun qapıçısı haqda maraqlı fakt üzə çıxıb
“Qarabağ” haqda heç kimin bilmədiyi fakt üzə çıxıb.
ANS PRESS-in məlumatına görə, son ölkə çempionu və hazırki çempionatının lideri “Qarabağ”ın qapıçısı İbrahim Şehiçin karyerasının əvvəllərində hücumçu olub.
Hətta İdrahim Şehiçin bir müddət İtaliyanın məşhur “Yuventus” klubuna transferi də gündəmdə olsa da bu baş tutmayıb. 2008-ci ildə şərəfini qoruduğu “Jelezniçar” klubu onu 200 min avroya satmaqdan imtina edir.
Şehiç 5 il Türkiyənin “Mersin İdmanyurdu” klubunun şərəfini qoruduqdan sonra “Qarabağ”a transfer olunub. Futbolun sirlərini ilk dəfə yaşadığı şəhərin ən məşhur klublarından sayılan “Jelezniçar”da öyrənən Şehiç bir müddətdən sonra bu komandanın əsas heyətinə də layiq görülüb. Şehiç “Jelezniçar”ın tarixinə start heyətində yer alan ən gənc qolkiper kimi düşüb.
ANS PRESS