Onun statusunu bir neçə saat ərzində minlərlə insan izləyib
Məşhur türk aktyoru, müğənnisi və rejissoru Özcan Dəniz Türkiyəni sarsıdan dəhşətli qətllə bağlı şərh verib.
ANS PRESS-in məlumatına görə, Mersində baş verən dəhşətli cinayətl bağlı İnstagram səhifəsində status paylaşam sənətçi çoxsaylı izləyici rəğbəti qazanıb.
Onun statusunu bir neçə saat ərzində minlərlə insan izləyib və şərh edib. Şərhçilərdən çoxu müğənninin statusunda yazdıqlarının çox təsirli olduğunu bildirib.
ANS PRESS müğənninin paylaşdığı statusu təqdim edir:
“Qəzet, kitab oxumayan, mədəniyyət bilməyən, ömründə bir dəfə də olsun kino-teatra getməyən, lakin ağızdolusu iqtisadi krezisdən danışaraq, əzabla qazandıqlarını barlarda içkiyə, narkotika verənlər. Özü iş örməyən, görülən işləri bəyənməyən, pis geyinib, pis danışan, normal danışa bilməyən, elm öyrənməyi günah sayanlar. Mədəni dirçəliyi bəyənməyənlər. Müasir geyimi əxlaqsızlıqla eyni tutanlar. Heç bir dini biliyi olmadığı halda, ordan-burdan nəsə eşidərək, özünü imam kimi göstərən, gözəl qız görüncə isə gözü dönənlər. Üzdə özünü mədəni göstərib, daxilən canavar olanlar. Çox təəssüf ki, həşərat dolu bu dünyada yaşayırıq. Onların heç nə etməyinə gərək yoxdur, belələrinin varlığı dəhşətdir …”, – deyə Özcan Dəniz statusunda baş verən faciəyə etirazını bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə Mersin vilayətinin Tarsus rayonunda Özgecan Aslan adlı ali mktəb tələbəsi evinə getmək üçün mindiyi ictimai nəqliyyatda 3 nəfər tərəfindən zorlanaraq öldürülmüş, sonra isə cəsədi yandırılmışdı. Baş vermiş vəhşilik ölkə ictimaiyyəti tərəfindən böyük etirtazla qarşılanıb, bir çox hökumət nümayəndəsi və QHT-lər edan cəzasının bərpa olunması üçün işə başlayıb.
ANS PRESS