• ƏN SON
  • ÇOX OXUNAN
Oliqarxların savaşı: “Tupoy Qaqo” Sərkisyana “səviyyəsiz, küçə adamı” dedi

Oliqarxların savaşı: “Tupoy Qaqo” Sərkisyana “səviyyəsiz, küçə adamı” dedi

13 Fevral| 18:40
ABŞ-ın Azərbaycana münasibətdə prioriteti demokratiya olacaq

ABŞ-ın Azərbaycana münasibətdə prioriteti demokratiya olacaq

18 Aprel| 04:42
Paşinyan Araikə niyə cinayət işi açdırdı?

Paşinyan Araikə niyə cinayət işi açdırdı?

18 Aprel| 02:37
Nazir müavinin Çexiyadakı şirkəti barədə yeni faktlar – Əli Abdullayev Akif Çovdarovun qudası ilə ortaqdır?

Nazir müavinin Çexiyadakı şirkəti barədə yeni faktlar – Əli Abdullayev Akif Çovdarovun qudası ilə ortaqdır?

17 Aprel| 23:25
Nazim İbrahimovun qardaşı həbs edildi

Nazim İbrahimovun qardaşı həbs edildi

17 Aprel| 22:41
Goycayda vəzifəli şəxslər həbs olundu – SON DƏQİQƏ

Goycayda vəzifəli şəxslər həbs olundu – SON DƏQİQƏ

17 Aprel| 22:14
SABİQ NAZİRİN KÜRƏKƏNİ LONDONDA ƏMLAKA MİLYONLAR YATIRDI – Daha 4 bina aldı + FOTOLAR

SABİQ NAZİRİN KÜRƏKƏNİ LONDONDA ƏMLAKA MİLYONLAR YATIRDI – Daha 4 bina aldı + FOTOLAR

17 Aprel| 00:20
Raul Kastro vəzifəsindən istefa verib

Raul Kastro vəzifəsindən istefa verib

17 Aprel| 00:15
MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” – “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər

MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” – “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər

17 Aprel| 00:09
Dövlət Gömrük Komitəsi ləğv oluna bilər – AÇIQLAMA

Dövlət Gömrük Komitəsi ləğv oluna bilər – AÇIQLAMA

16 Aprel| 23:24
Minsk qrupunun tapdığı fındıq – Onlar nə istəyir?

Minsk qrupunun tapdığı fındıq – Onlar nə istəyir?

16 Aprel| 16:18
RAMİZ MEHDİYEV MƏHKƏMƏDƏ UDUZDU… – Keçmiş direktor geri qayıtdı

RAMİZ MEHDİYEV MƏHKƏMƏDƏ UDUZDU… – Keçmiş direktor geri qayıtdı

15 Aprel| 21:51
Bakı bağçalarında 2 milyonluq yeyinti – Rəsmi açıqlandı

Bakı bağçalarında 2 milyonluq yeyinti – Rəsmi açıqlandı

15 Aprel| 21:09
Retail
Bazar, Aprel 18, 2021
BİZİMLƏ ƏLAQƏ
REKLAM
  • Başlanğıc
  • SİYASƏT
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • SOSİAL
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • ŞOU-BİZNES
  • ƏLAQƏ
No Result
View All Result
HEFTEAZ.TV
No Result
View All Result

Oliqarxların savaşı: “Tupoy Qaqo” Sərkisyana “səviyyəsiz, küçə adamı” dedi

13 Fevral| 18:40
in MANŞET
0
Share on FacebookShare on Twitter

BUNA DA BAXIN

ABŞ-ın Azərbaycana münasibətdə prioriteti demokratiya olacaq

Nazir müavinin Çexiyadakı şirkəti barədə yeni faktlar – Əli Abdullayev Akif Çovdarovun qudası ilə ortaqdır?

Oliqarxların savaşErmənistanda Firavan Ermənistan Partiyasının sədri, oliqarx Qaqik Tsarukyan prezident Serj Sərkisyanın hakim Respublika Partiyasının iclasında onun barəsində sərt və təhqiramiz çıxışına reaksiya verib.

Hefteaz.tv saytı xəbər verir ki, Sərkisyanın xalqın qoyduğu ləqəbi xatırladaraq onu “Tupoy Qaqo” adlandırmasına cavab olaraq Tsarukyan Ermənistan prezidentinə “səviyyəsiz” deyib.

Tsarukyan Sərkisyana cavab olaraq çıxış edib və bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyinin vaxtı çatıb və bu hədəf uğrunda ölkənin bütün əsas siyasi qüvvələri birləşib.

O, məlumat verib ki, bu gün keçmiş prezident Levon Ter-Petrosyanla və İrs Partiyasının lideri Raffi Ovanisyanla görüşəcək, birgə addımları müzakirə edəcək.

“Dünən gecədən xeyli keçmiş bizdə bir çox xadimlər, xalq hərəkatına qoşulan liderlər, veteranlar, ictimai təşkilatların rəhbərləri toplaşmışdı. Onlar bizim qərarımızı gözləyirlər, ən başlıcası bu qərarı xalq gözləyir”- Tsarukyan bildirib.

Sərkisyanı devirmək üçün hərəkətə keçən oliqarx onun dünənki çıxışının təkcə ona qarşı yox, bütün erməni xalqına qarşı olduğunu deyib: “Biz hamımız bilirik ki, ölkəmiz hansı vəziyyətdədir və bunun üçün kim məsuliyyət daşıyır. Mən böyük siyasətə ancaq bir məqsədlə ayaq basdım – öz ölkəmə və xalqıma yaranmış vəziyyətdən çıxmağa kömək etmək”.

Tsarukyan Sərkisyanı küçə leksikonunda istifadə etməkdə günahlandırıb: “Onun dünənki çıxışından sonra mənim yanaşmaların qətiyyən dəyişməyib. Biz əvvəlki kimi siyasi korrektliyin tərəfdarıyıq və istisnasız olaraq siyasi müstəvidə hərəkət edəcəyik. Küçə leksikonundan istifadə bizim metod deyil. Eləcə də isterik və emosional davranış…

Mən də sizin kimi bu adamın çıxışı ilə tanış oldum. Prezident postunu tutan adamın proqram çıxışında mən bir kəlmə də olsun xalqın problemi, ölkənin inkişafı haqda fikirlərə rast gəlmədim”.

Tsarukyanın sözlərinə görə, Sərkisyanın hakimiyyəti dövründə Ermənistanda iqtisadiyyat biabırçı səviyyədə geriləyib, investisiyalar kəskin azalıb, yoxsulluq artıb, ancaq əvəzində onun öz biznesi sürətlə inkişaf edib: “Biznesin terror edilməsi dövlət siyasətinə çevrilib. Ölkəni dəhşətli miqrasiya bürüyüb, maliyyə vəziyyəti laxlayıb. Bütöv kəndlər, insanların evləri və əmlakı banklarda girov qoyulub. Qarabağda və Ermənistan-Azərbaycan sərhədində gərginlik artıb və hər gün itki xəbərləri gəlir. Türkiyə və Azərbaycan o qədər arxayınlaşıblar ki, Ermənistan haqda saymazyana danışırlar. AŞ PA sessiyasında Sərkisyanın kazinoda uduzduğu milyonlardan söz açılır.

Bu adam Nazarbayev onu alçaldanda da səsini çıxarmadı. O, ötən ilin iyul-avqust aylarında cəbhədəki gərginlikdə danışmadı, çünki Baden-Badendə idi və Ermənistana qayıtmamışdı. Dramın iflasa uğraması xəbərləri qarşısında insanlar panikaya düşəndə də səsini çıxarmadı. Gümrüdə bütöv ailənin qətlə yetirilməsində də danışmadı. İndi mən şəxsən özüm barədə deyilənlərə toxunmaq istəyirəm”.

Oliqarx deyib ki, insanlar Sərkisyanın onun haqqında niyə təqiramiz formada danışması ilə maraqlanırlar. Tsarukyanın sözlərinə görə, bunun səbəbi Sərkisyanın ona etdiyi təklifləri rədd etməsidir: “Mənə müxtəlif formada əməkdaşlıq təklif edildi, o cümlədən konstitusiya islahatlarından sonra prezident postu. Ancaq bir şərtlə ki, mən onun hakimiyyətdə qalmasına kömək edim. Yəni faktiki olaraq mən onun ömürlük hakimiyyətdə qalmasına kömək etməli idim. Bu antidövlətçi yanaşmanı qəti şəkildə rədd etdim, çünki Ermənistanı geriyə aparan adamın bu cür iddiaları ola bilməz. Məhz bu mövqeyim onun siyasi və insani münasibətlərdə bütün kanonları dağıtmasının səbəbidir. Bu, reallıqdır və başqa heç bir səbəb yoxdur”.

Tsarukyan Sərkisyanı Ermənistanı talamaqda ittiham edib. Bildirib ki, hakimiyyət dəyişəndən sonra indiki hakimiyyətdəki bir-iki adam xalqdan oğurladıqları milyardları geri qaytarmağa məcbur olacaq.

“Mənim barəmdə səsləndirdiyi təhqirlərə gəldikdə isə cavabım budur: mən Sərkisyan kimi bu qədər aşağı səviyyəyə düşmək istəmirəm” – deyə Tsarukyan bildirib.

*   *   *12:32

Ermənistanda uzun müddət hakimiyyətdə olan oliqarxlar arasında əsl müharibə başlayıb.

Virtualaz.org xəbər verir ki, ölkənin ən iri (həm də sözün hərfi mənasında) oliqarxı, Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti, Milli Təhlükəsizlik Şurasının üzvü (artıq keçmiş üzvü), bir vaxtlar hakimiyyətin ikinci ortağı olan, “Firəvan Ermənistan” partiyasının sədri Qaqik Tsarukyanın ötən həftə Sərkisyan hakimiyyətini kəskin tənqid edəndən sonra Serjik keçmiş ortağına qarşı güclü əks hücuma keçib. Sərkisyan fərman imzalayaraq Tsarukyanı Milli Təhlükəsizlik Şurasının üzvlüyündən kənarlaşdırıb. Daha sonra hakim Respublika partiyasının Şurasında çıxış edərək hakimiyyətin keçmiş ortağını ən ağır ifadələrlə tənqid edib, onun biznesinin əlindən alınacağına eyham vurub.

Sərkisyan Tsarukyanın siyasətdən başı çıxmayan “tupoy” biri olduğuna işarə edərək deyib ki, hakim partiyanın Şurasının bu iclasında onun ötən həftəki çıxışının müzakirə olunması planlaşdılmışdı. Çünki ənənə belədir ki, hakim partiya öz toplantılarında ölkənin tanınmış siyasi xadimlərinin hakimiyyəti tənqid edən çıxışlarına cavab verir. “Təəsüflə qeyd etməliyəm ki, bu müzakirələrdə Tsarukyanın çıxışına heç kim toxunmadı. İlk baxışdan bu, qəribə görünə bilər, ancaq izahı sadədir:nəyi müzakirə edəsən? Danışılanları müzakirə edəsən, yoxsa onu müzakirə edəsən ki, bu adam oxuduğu mətni ümumiyyətlə başa düşübmü?”.

Sərkisyan  hazırda onun hakimiyyətinin əsas rəqibinə çevrilmiş oliqarxa qarşı təhqiramiz hücumları davam etdirərək onun heç hərfləri düzgün tanımadığını bildirib.  “Onun komandasındakı partnyorları “a” hərfinin harada, “b” hərfinin harada olduğunu ona izah etmək səylərindən əl çəkmirlər. Bəziləri onun çıxışlarını öz bildikləri kimi yazır və fikirləşir ki, onsuz da oxuduğunu başa düşəsi deyil”-Sərkisyan bildirib.

“Bilirsiniz, əvvəlcə gərək ona izah edəsən ki, üzərinə hansı rolu götürüb və publikanın qarşısında nə deyib, sonra cavab verəsən, yaxud dərhal deyəsən-bütün bunlar sənin ağlına görədirmi, brat?” -Sərkisyan kriminal jarqonlardan istifadə etməklə rəqibinə hücumları davam etdirib.

Səkisyan daha sonra deyib ki, çoxları hakim partiyanın bu günkü iclasında konstitusiya islahatları paketinin müzakirə olunacağını gözləyirdi. (Bu paket Ermənistanda prezidentin səlahiyyətlərinin azaldılması və baş nazirə verilməsini, parlament-prezident idarəçiliyinin tətbiqini nəzərdə tutur, beləliklə də ikinci müddət prezidentliyi başa çatandan sonra Sərkisyanın baş nazir kimi yenə hakimiyyəti əldə saxlamasına imkan yaradır). “Lakin mən deməyə məcburam ki, biz bunu nə üçün etmədik. İslahatlar konsepsiyası çoxdan hazırdır və mənim masamın üstündədir. Siz hamınız bunu bilirsiniz. Heç kim bu haqda müvafiq sənədi imzalamaqda mənə mane olmur və olmayıb. İstədiyim vaxt yeni Konstitusiyanın hazırlanması üçün müvafiq fərman verərəm. Lakin mən konstruktiv qərar qəbul etdim və prosesi bu günə qədər ləngitdim. Çünki daha geniş siyasi konsolidasiyaya nail olmaq istəyirdim. Mən bunu həm də Qaqik Tsarukyanın şəxsi xahişi ilə etdim, ancaq sonradan bunu onun gücünün sayəsində geriyə atılmış addım kimi qiymətləndirdi”-Sərkisyan bildirib.

Ermənistan prezidenti deyib ki, Tsarukyan siyasi xadim olaraq ölkə üçün şər qüvvəyə çevrilib. Və bu da təəcüblü deyil. Onun sözlərinə görə, siyasi proseslərdə iştirak üçün zəruri mexanizmləri olan, ancaq ağıldan kəm biri sadəcə olaraq inkişafın yolunda əngələ çevrilir. “Bu, çoxdan məlumdur. Bəli, faciədir, üstəlik kuryoz haldır ki, Tsarukyanın böyük siyasi ambisiyaları var. Şübhəsiz ki, onun ətrafındakı savadlı adamlar qəlbinin dərinliklərində başa düşür ki, əgər bu tip adamlar siyasi elitanın tərkib hissəsi olursa bu, real təhlükədir. Təsəvvür edin ki, Tsarukyan AŞPA sessiyasında mətn oxuyur, ardınca deputatların sualları gəlir, o cümlədən Azərbaycan və Türkiyə deputatlarının. Bunu təsəvvür etmək belə çox çətin və ağrılıdır. Bizim həmkarlarımızın Tsarukyanın bir neçə xarici səfərləri zamanı yaranan biabırçı təəsürat haqda sarkazmla dolu hekayələrini biz indiyə qədər həzm edə bilməmişik. Və mən bir daha təkrar etməliyəm: bu vətən bizə ona görə verilməyib ki, onu sirkə çevirək”-Sərkisyan iynəli çıxışını davam etdirib.

Serj Sərkisyan bildirib ki, Tsarukyanla bağlı indiki vəziyyətin yaranmasında onun da günahı var. Çünki illər əvvəl Tsarukyanı öz  himayəsinə götürüb: “Məhz mən illərlə sizə Qaqikin bütün axmaqlılqlarına publika qarşısında reaksiya verməyi qadağan etmişəm, bu xaosu şəxsən ənglləmişəm. Və hamıya qadağan etmişəm ki, xalq tərəfindən ona verilmiş “Dodi Qaqo” ləqəbini (Kütbeyin Qaqo) istifadə etməsinlər. Demişəm ki, o səhvlərini düzəldir. Mənim bu zaman hansısa şəxsi marağın olmayıb, mən bəlli problemi ört-basdır edib onun çoxları üçün problemə çevrilməsinin qarşısını almaq istəmişəm”.

Sərkisyan əlavə edib ki, indi səhvlərini düzəldir. Özü də təcili. Çünki artıq heç kimin ləngimək haqqı yoxdur. O, elan edib ki, Tsarukyanın Milli Təhlükəsizlik Şurasından xaric edilməsi haqda fərman verib: “Çünki ölkənin ən ali təhlükəsizlik orqanı kinoteatr deyil ki, istədiyin vaxt gələsən, yaxud gedəsən”.

Daha sonra Sərkisyan Tsarukyanın deputat mandatının alınacağını elan edib: “Çünki parlamentin 145 iclasından cəmi 4-də iştirak edib. Əgər o, öz seçicilərinə bu qədər saymamazlıq edirsə və parlamentin roluna hörmətsiz yanaşırsa bizim buna haqqımız yoxdur. Bizim deputatlarımız günü sabahdan bu axmaq vəziyyəti ortadan qaldırmaq üçün addım atacaqlar”.

Sərkisyan üçüncü addımın Tsarukyanın biznesi olacağı deyib. Bildirib ki, illərdir onun milyardları və ödəmədiyi vergilər haqda yoxlanılmamış şaiyələr gəzir, bu milyardlarını saxta xeyriyyəçilik adı altında ört basdır etdiyi danışılır. “Mən baş nazirə tapşırıram ki, müvafiq orqanların bu məsələni sona qədər və ətraflı şəkildə yoxlamasını təmin etsin”-Sərkisyan bildirib.

Sərkisyan dördüncü addımın Tsarukyan və adamları tərəfindən törədilmiş çoxsaylı cinayətlərin ört-basdır edilməsi üçün peşəkar mexanizmin yaradıldığı haqda şaiyələri yoxlamaqdan ibarət olacağını deyib. “Mən sabah Təhlükəsizlik Şurasının iclasını çağıraraq bu şaiyələrə hüquqi baxımdan necə reaksiya verə biləcəyimizi müzakirə edəcəyəm”-Serjik bildirib.

Qeyd edək ki, Tsarukyan əslində keçmiş prezident Robert Köçəryanın biznesini “fırladan” adam kimi tanınır və bu baxımdan Sərkisyanın ona hücuma keçməsi həm də keçmiş səngər yoldaşına qarşı hücumdur. Hələlik Tsarukyanın və ortaqlarının Sərkisyanın çıxışına reaksiyası məlum deyil.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Search

No Result
View All Result

SON ƏLAVƏLƏR

ABŞ-ın Azərbaycana münasibətdə prioriteti demokratiya olacaq

ABŞ-ın Azərbaycana münasibətdə prioriteti demokratiya olacaq

18 Aprel| 04:42
Paşinyan Araikə niyə cinayət işi açdırdı?

Paşinyan Araikə niyə cinayət işi açdırdı?

18 Aprel| 02:37
Nazir müavinin Çexiyadakı şirkəti barədə yeni faktlar – Əli Abdullayev Akif Çovdarovun qudası ilə ortaqdır?

Nazir müavinin Çexiyadakı şirkəti barədə yeni faktlar – Əli Abdullayev Akif Çovdarovun qudası ilə ortaqdır?

17 Aprel| 23:25
Nazim İbrahimovun qardaşı həbs edildi

Nazim İbrahimovun qardaşı həbs edildi

17 Aprel| 22:41
Goycayda vəzifəli şəxslər həbs olundu – SON DƏQİQƏ

Goycayda vəzifəli şəxslər həbs olundu – SON DƏQİQƏ

17 Aprel| 22:14
SABİQ NAZİRİN KÜRƏKƏNİ LONDONDA ƏMLAKA MİLYONLAR YATIRDI – Daha 4 bina aldı + FOTOLAR

SABİQ NAZİRİN KÜRƏKƏNİ LONDONDA ƏMLAKA MİLYONLAR YATIRDI – Daha 4 bina aldı + FOTOLAR

17 Aprel| 00:20
Raul Kastro vəzifəsindən istefa verib

Raul Kastro vəzifəsindən istefa verib

17 Aprel| 00:15
MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” – “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər

MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” – “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər

17 Aprel| 00:09
Dövlət Gömrük Komitəsi ləğv oluna bilər – AÇIQLAMA

Dövlət Gömrük Komitəsi ləğv oluna bilər – AÇIQLAMA

16 Aprel| 23:24
Minsk qrupunun tapdığı fındıq – Onlar nə istəyir?

Minsk qrupunun tapdığı fındıq – Onlar nə istəyir?

16 Aprel| 16:18
RAMİZ MEHDİYEV MƏHKƏMƏDƏ UDUZDU… – Keçmiş direktor geri qayıtdı

RAMİZ MEHDİYEV MƏHKƏMƏDƏ UDUZDU… – Keçmiş direktor geri qayıtdı

15 Aprel| 21:51
Bakı bağçalarında 2 milyonluq yeyinti – Rəsmi açıqlandı

Bakı bağçalarında 2 milyonluq yeyinti – Rəsmi açıqlandı

15 Aprel| 21:09
SON DƏQİQƏ: Ərdoğan müjdəli xəbəri elan etdi – Türkiyə dünyanın ümid yeri olacaq

Türkiyə Rusiya ilə Ukrayna arasında qalıb

15 Aprel| 03:35
Müxalifət liderinin qızının şəxsi həyatı ilə bağlı videolara etiraz edən YAP-çı istintaqa cəlb olunub

Müxalifət liderinin qızının şəxsi həyatı ilə bağlı videolara etiraz edən YAP-çı istintaqa cəlb olunub

15 Aprel| 03:26
LAVROVUN TÜRKİYƏNİ HƏDƏF ALAN AÇIQLAMALARI – “Rusiya rəsmiləri başlarını itirib, ünvanı səhv salıblar”

LAVROVUN TÜRKİYƏNİ HƏDƏF ALAN AÇIQLAMALARI – “Rusiya rəsmiləri başlarını itirib, ünvanı səhv salıblar”

15 Aprel| 02:48
Nazirlik deputatı məhkəməyə verdi – FOTO

Nazirlik deputatı məhkəməyə verdi – FOTO

14 Aprel| 05:08
Navalnı xəstəxanaya yerləşdirildi

Navalnı Quran kitabına görə həbsxananı məhkəməyə verdi

14 Aprel| 00:59
Baş prokuror həbsdə olan jurnalistin həyat yoldaşını qəbul edib

Baş prokuror həbsdə olan jurnalistin həyat yoldaşını qəbul edib

12 Aprel| 23:40
“Rusiya bu tarixə qədər parçalana bilər” – Sensasion müsahibə

“Rusiya bu tarixə qədər parçalana bilər” – Sensasion müsahibə

12 Aprel| 23:03
Əfqan Muxtarlı aclıq aksiyasına başlayıb-Video

Gürcüstandan oğurlanmış jurnalist yenidən həmin ölkəyə niyə qayıdıb?

12 Aprel| 22:13
Fevral 2015
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan   Mar »

SON XƏBƏRLƏR

  • ABŞ-ın Azərbaycana münasibətdə prioriteti demokratiya olacaq
  • Paşinyan Araikə niyə cinayət işi açdırdı?
  • Nazir müavinin Çexiyadakı şirkəti barədə yeni faktlar – Əli Abdullayev Akif Çovdarovun qudası ilə ortaqdır?

Əlaqə

Saytın təsisçisi və rəhbəri:

Aqil Mahmudov

Redaktor: Məhəmmədəli Mahmudlu

email: hefteaz65@mail.ru

Tel: 070 269 1433

  • Başlanğıc
  • SİYASƏT
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • SOSİAL
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • ŞOU-BİZNES
  • ƏLAQƏ

© 2020 HEFTEAZ.TV

No Result
View All Result
  • Başlanğıc
  • SİYASƏT
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • SOSİAL
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • ŞOU-BİZNES
  • ƏLAQƏ

© 2020 HEFTEAZ.TV