Abibilla Kudayberdiyevin Müdafiə Nazirliyində görüşü planlaşdırılır
Sabah Qırğızıstan Respublikasının müdafiə naziri cənab Abibilla Kudayberdiyev Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.
Cənab A.Kudayberdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.
Qırğızıstan Respublikasının Müdafiə naziri cənab A.Kudayberdiyevin rəsmi səfəri fevralın 13-dək davam edəcək.