Ağcabədi rayonunun «Taxtakörpü» qəsəbəsində məskunlaşmış Laçın rayon sakinləri qəsəbənin qarşısından keçən yolu bağlayıblar. Ağır şəraitdə yaşadıqlarını bildirən aksiya iştirakçıları deyiblər ki, onlar qaçqın və məcburi köçkünlər üçün mövcud olan ağır şəraitdən şikayət edirlər.
24 fevral 2015-ci ildə Ağcabədinin Taxtakörpü qəsəbəsində məskunlaşan Laçın rayonundan olan məcburi köçkünlər yolu bağlayıblar.
Rayonda baş alıb gedən özbaşınalıqdan tutmuş, digər hadisələrə qədər hər şeyin başında Laçın rayonunun icra başçısı Akif Səlimovu günahlandıran aksiya iştirakçıları
Ağır şəraitdə yaşadıqlarını bildirən aksiya iştirakçıları, onların sözlərini eşidən, onları qəbul edib, dinləyən icra başçısının olmamasından şikayətləniblər. Taxtakörpü qəsəbəsində və ətraf ərazidə yerləşən qamışdan tikilmiş daxallarda yaşayış səviyyələrinin çox aşağı olduğunu bildiriblər. Əraziyə gələn polis əməkdaşları nəqliyyatın hərəkətini 2-3 saat ərzində bərpa edə bilməyiblər. Aksiya iştirakçıları əllərində Azərbaycan bayrağı və ölkə prezidenti İlham Əliyevin şəklini tutaraq əsas tələbləri Akif Səlimovun rayon rəhbərliyindən uzaqlaşdırlmasıdır.
Tələblərində israrlı olduqlarını bildirən aksiya iştirakçıları Prezident İlham Əliyevdən kömkək istədiklərini deyiblər.
Akif Səlimovun rayonu avtoritar qaydalarla idarə etdiyini, başçı təyin edildiyi gündən rəhbər vəzifələrə öz adamlarını təyin etdiyini, haqqını tələb edənlərin məhkəməyə veriləcəkləri ilə hədələnən bir qrup rayon sakini haqq səslərinin ölkə rəhbərliyinə çatdırılmasını xahiş ediblər.
Laçın sakinləri tərəfindən Akif Səlimovun özbaşınalığından mətbuata xeyli sayda şikayət məktubları daxil olursa da hələlik heç bir tədbir görülmür.