Təmiz havaya dəyər
Hava kirliliyinin ortaya çıxan ana səbələrindən biri olaraq, insanların özünün ətraf mühitinə və ətrafları saran havanın nə qədər önəmli olduğuna və qorunması lazım olduğunu bilməlidirlər. Yəni havanın önəmini kirlədikdən sonra dərk edildi.
Bilindiyi kimi, insanlar və heyvanalr oksigen alıb, xaricə karbondioksidi verərək ta ilk günlərdən bu yana təbiəti kirlətməkdədir. Bu şəkil eynən belə davam etsəydi, həyatın bir zamandan sonra tükənib və davam etməməsi olurdu. Ancaq İlahi hikmət və qüdrət bunun önünü ən gözəl şəkildə alaraq tarazlığı saxlamışdır. İnsan və heyvanların xaricə verdikləri karbondioksid qazını yaşıl təbiət bitkiləri alaraq, bunu günəş enerjisi vasitəsiylə su ilə birləşdirərək qlikoz meydana gəlməkdə və bununla da öz bəslənmələrini qazanmaqdadırlar. Buna da fotosintez deyilməkdədir. Deməli canlıların xaricə verdikləri karbondioksidi alıb yenidən xaricə oksigen verərək yaşam həyatının tarazlığını əldə edir. Amma həyat düzəninin nə qədər pozulduğu görülməkdədir. Havada karbondioksidləşmə çoxalmış, başqa bir yündən yaşıllıqlar, xüsusilə meşəliklər qırılır və ya yox edilir. Nəticə, hamımızın şikayətçi olduğumuz hava kirliliyi və səbəbi ortadadır.
Allah yer üzünün hüzur və sakitçiliyinin insan əli ilə pozulacağını, bunun acısını da şəxsən insan çəkəcəyini Quranda bizlərə bildirməkdədir: “İnsanların öz əlləri ilə etdikləri (pis əməllər,günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah bununla onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar.” (ər-Rum, ayə 41). Gördüyümüz kimi təbiətin tarazlığıni pozacaq və insanlar üçün acı nəticlərin ortaya çıxacağını Quran bizləri xəbərdar etməkdədir. Və eyni zamanda Quran- etdiklərimizin acı nəticələrini görmədən öncə çox diqqətli tədqiqat aparmağımız, fəaliyyətlərimizin nəticəsini həm özümüz, həm də ekologiyanın tarazlığı cəhətindən cox gözəl ölçü götürməmisi istəməkdədir. Quran dünyadakı ekologiya cəhətdən tarazlığı qorumağı vurğulayaraq və bunu Allahın elm, iradə və qüdrətini bir əsəri olduğunu açıklayaraq, bizlərdən bu tarazlığı qorumağımızı istəməkdədir. Gördüyümüz kimi , təmizlik kainatda çox əsaslı bir qanun olub, yer kürəsindəki hər şey Allahın Qüddüs ismi şərifindən hərəkətlə, üzərlərinə düşən təmizlik xəzifəsini etməkdədir. Hər an, hər saniyə tənəffüs etdiyi havanın qiymətini bilməyən adəm oğlu, sağlam bir şəkildə böyümə, sağlam bir şəkildə düşünmə və gələcək nəsillərə daha sağlam və təmiz bir dünya qoyub getmənin önəmini və məsuliyyətini çox gec başa düşmüşdür. Amma bütün bu mənfiliklərə və dünya səviyyəsindəki böyük çevrə məslələrinə baxmayaraq hələ də ümüd qapısı vardır. Yuxarıda bəhs etdiyimiz Rum surəsindəki 41-ci ayədə keçən “…….bəlkə onlar (tövbə edib pis yoldan) qatıtsınlar…” ifadəsi bu gün həyata keçməkdədir. Dövlətimizin yaşıllıqların salınması, ağac əkmə kampaniyaları və ya təbiətlə əlaqəli könüllü təçkilatları bunun açıq dəlilidir.
Suların Təmizliyi və qorunması
İnsanın həyat mənbəyi olan suyun nə qədər əhəmiyyətli olduğu hamıya məlumdur. Bu gün dünyanın ən önəmli məsələlərindən biri təmiz suyun olmasıdır. Ancaq onuda bilməyimiz lazımdır ki, Allah diqqətlərimizi xüsusiylə suya verməyimizi və suyun həyatın əsası olduğunu bildirmişdir: “..bizim, diri və canlı olan hər şeyi sudan yaradıb meydana gətirdiyimizi (görüb başa düşmürlərmi)…” (əl-Ənbiya surəsi,ayə-30)
Adəm oğlu suyun önəmini hər zamankindən daha çox başa düşməkdədir. Bu da ancaq okeanları, dənizləri, çayları kirlətdikdən sonra. İndi bu gün “zərərin yarısindan dönmək qazancdır” sözüylə bu problemləri keçmək lazımdır. Ancaq bunu etdiyimiz zaman da məsələni dini və ilahi təmələ dayandırıb, insanlara daha da heysiyyatlı olmaqda problemlərini xatırlamaq çazımdır.
Bəli, xoşbəxtliyin və rifahımızın mənbəyi olan suyu, həyatımız canımız kimi əziz bilib helədə istifadə etmək lazımdır. Allahın qullarına bəxşetdiyi nemətlərin başında gələn suyun israfına səbəb olan hər cür davranışdan uzaqlaşmaq hər müsəlmana ən önəmli vəzifələrdən biridir. Çünki Allahu Təala yuxarıda bəhs etdiyimiz ayədə “canlı olan hər şeyi sudan yaratdıq, meydana gətirdik” dediyindən məna – suyun həyat üçün, yaşamaq üçün əsas şərt olduğunu bildirmişdir çıxır. Bununla əlaqədar Quranda başqa ayələr də vardır. (ən-Nur surəsi, ayə 45; əl-Furqan surəsi, ayə 54)
Hz.Peyğambərimiz (s.ə.s.) də suya çox önəm vermişdir. Dəstəmaz alırkən belə lazımından çox suyun işlədilməsini məkruh sayaraq qadağan etmişdir. Allahın hüzuruna çıxsan da suyu qənaətlə işlədilməsini buyurmuşdur. Suyun qənaətsiz işlədilməsi israfın ən öndə gələn səbəblərindən biridir. İsrafda ki, bir neməti lazımasızlıqdan çox istifadə edilməsi və tələf olması deməktir. Nemətləri və əşyanı boş saymaqdır. Allahın bizlərə dünyada da, axirətdə də su kimi nemətdən məhrum etməməsi üçün bu nemətin qədrini bilməmiz lazımdır. İslamda ehsanların ən dəyərlisi və ən məqbulu, suyu insanların xidmətinə verməkdir. Bir içimlik su təmin etmək çox xeyirli bir işdir və Allah qatında da çox fəzilətlidir.
Onun üçün də əziz oxuyucular sularımızı kirlətməyək., Çirkaf və s. suların insanların, heyvanların və təbiətin ağuşuna axıtmayaq. Gəlin biz də bunu sadəcə su işinə nəzarət edən təşkilatın üstünə atmayaq. Bizlər də bu kimi işlərdə dəstək və köməkçi olaq. Çünki bizlər hamımız bir Vətənin vətəndaşıyıq, bir sudan, bir torpaqdan faydalanırıq. (Bunu Quranı Kərim və Peyğambərimiz də hədisi şəriflərində biz insanlara və müsəlmanlara da çətin və məsuliyyətli iş düşdüyünü bildirməkdədir.( P.S. müəllif.)
Agac və meşəyə qarşı sevgi
Təbiəti qorumanın və təbiətçiliyin üzərində xüsusilə durduğu məsələlərdən biri də meşələrin, ağacların və hər cür canlı növlərinin qorunmasıdır. Meşənin isə özəl bir yeri vardır. Çünki meşələrin dünyadakı ekoloji sistemdəki nizamlı bir şəkildə var olmasıdır. Meşəsiz bir dünya, məhv olmuş bir dünyadır. Dünyadakı bütün müşələri bir kənara qoya bilmərik, hətta cox ağacların odun, əkinçilik, bəlkə də ən önəmli olanı hələ də varlığından belə xəbəri olamadığımız tibb və əczanələrdə istifadə oluna bilən bitki, yaşılıqlar hamısı insan varlığına ram edilmişdir. Deməli meşələrin dünya iqliminə böyük bir təsiri vardır. Deməli meşələr:
• istifadə etdiyimiz oksigen mənbəyidir.
• havanın kirlənməsini yox edir, zəhərli qaz və tozları filtr kimi süzərək təmizləyər.
• ən böyük təbiət problemlərindən biri olan torpaq sürüşməsini önləyər.
Bu səbəblə gələcək nəsillərə daha təmiz və daha yaşanıla bilən bir dünya qoyub getmək istəyən hər kəs, xüsusilə öz vətəninin meşələrini, daha sonra da tropikal meşələri qoruma vəzifəsini daşımalıdır. Təbiət problemlərində bütün ekologiya sistemini təhdit edən məsələlərdə mənim nəyimə lazımdır deyib keçmək doğru deyildir. Bəlkə bizə o qədər də təsir etməz, amma bəs gələcək nəsillər? O zaman Allahın bizlərə yüklədiyi əmanəti hara edək.
Qurani Kərimdə bəzi ağacların adı keçməkdədir. Məsələn, xurma sözü 13, xırmalıq 7, üzüm 11, zeytun 7, nar 3, ərəb gilası isə 4 yerdə keçməkdədir.
“Həqiqətən, biz yağışı bol yağdırdıq. Sonra yeri gözəl yaratdıq. Belə ki, orada dən (dənli bitkilər) göyərtdik. Üzüm və yonca ; zeytun və xurma (bağları). (ağacları bir birinə) sarmaşan bağçalar; (Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik. Bütün bunlar sizin və heyvanlarınızın istifadəsi üçündür.” (əl-Əbəsə surəsi, ayə 25-32).
“(Allah) onunla ( o su ilə) sizin üçün əkin (taxıl, bitki) zeytun, xurma, üzüm və bütün (başqa) meyvələrdən yatişdirir. Düşünüb-daşınanlar üçün bunda (Allah vəhdaniyyəti sübut edən) dəlillər vardır.!” (ən-Nəhl surəsi, ayə 11)
Hz.Peyğambər (s.ə.s)`in həyat və yaradıcılığına baxdığımızda ağac əkməyə, var olan ağacları qorumağa, meşəliklər təşkil etməyə və yenə mövcud meşələri qorumağa cox önəm vermişdir. Müsəlmanın bütün təbiət və təbiətdəki varlıqlarla, qısacası aləmlə barışık və dost olduğuna, onlarla savaşmlı olmadığının ən gözəl örnəyi şəxsən Hz.Peyğambər(s.ə.s.)`in həyatıdır.
Hz.Muhamməd (s.ə.s.) ` in bir neçə hədislərindən:
“Əlinizdə bir ağac fidanı varsa, qiyamət qopmağa başlasa da, əgər onu əkəcək qədər vaxtınız varsa, mütləq əkin.”
“ Kim ağac əkildiyi zaman oradadırsa, onun üçün ağacdan məhsulu yığıldığı zaman məhsulu qədər Allah səvab yazar.”
“İnsan qəbirdə belə olsa yeddi şeydən meydana gələn savab davamlı olaraq özünə çatır: öyrədilən elm, xalqın yararlanmsı üçün verilən su, əkilmiş ağac, tikilən məscid, oxunması üçün bağışlanan Quran və ölümündən sonra özünə dua ediləcək övlad”
Deməli bura qədər göstərilən ayələrdə və hədisi şəriflərdə belə nəticə çıxardaq:
*ağac əkək və qoruyaq;
* suları təmiz saxlayaq və israfdan qaçaq;
* təbiəti quruyaq və kirlətməyək;
* Vətənimizi və torpağımızı yaşıllandıraq, suyu və meşələrimizi qoruyaq və sadiq olaq…!
MÜŞFİQ ƏSGƏROV
Göyçay şəhər Mərkəz Məscidi
Dini İcmanın Sədri, Dinşünas