• ƏN SON
  • ÇOX OXUNAN
Deputatın biznesmen qohumu qumarda pul uduzdu, iş məhkəməlik oldu

Deputatın biznesmen qohumu qumarda pul uduzdu, iş məhkəməlik oldu

02 Fevral| 13:38
Bakı bağçalarında 2 milyonluq yeyinti – Rəsmi açıqlandı

Bakı bağçalarında 2 milyonluq yeyinti – Rəsmi açıqlandı

15 Aprel| 21:09
SON DƏQİQƏ: Ərdoğan müjdəli xəbəri elan etdi – Türkiyə dünyanın ümid yeri olacaq

Türkiyə Rusiya ilə Ukrayna arasında qalıb

15 Aprel| 03:35
Müxalifət liderinin qızının şəxsi həyatı ilə bağlı videolara etiraz edən YAP-çı istintaqa cəlb olunub

Müxalifət liderinin qızının şəxsi həyatı ilə bağlı videolara etiraz edən YAP-çı istintaqa cəlb olunub

15 Aprel| 03:26
LAVROVUN TÜRKİYƏNİ HƏDƏF ALAN AÇIQLAMALARI – “Rusiya rəsmiləri başlarını itirib, ünvanı səhv salıblar”

LAVROVUN TÜRKİYƏNİ HƏDƏF ALAN AÇIQLAMALARI – “Rusiya rəsmiləri başlarını itirib, ünvanı səhv salıblar”

15 Aprel| 02:48
Nazirlik deputatı məhkəməyə verdi – FOTO

Nazirlik deputatı məhkəməyə verdi – FOTO

14 Aprel| 05:08
Navalnı xəstəxanaya yerləşdirildi

Navalnı Quran kitabına görə həbsxananı məhkəməyə verdi

14 Aprel| 00:59
Baş prokuror həbsdə olan jurnalistin həyat yoldaşını qəbul edib

Baş prokuror həbsdə olan jurnalistin həyat yoldaşını qəbul edib

12 Aprel| 23:40
“Rusiya bu tarixə qədər parçalana bilər” – Sensasion müsahibə

“Rusiya bu tarixə qədər parçalana bilər” – Sensasion müsahibə

12 Aprel| 23:03
Əfqan Muxtarlı aclıq aksiyasına başlayıb-Video

Gürcüstandan oğurlanmış jurnalist yenidən həmin ölkəyə niyə qayıdıb?

12 Aprel| 22:13
Azal-ın rəhbəri niyə görə “İdeal”ın rəhbərini həbs etdirib?

Azal-ın rəhbəri niyə görə “İdeal”ın rəhbərini həbs etdirib?

11 Aprel| 22:58
“Ölkədən 1,1 milyard manat çıxaran bankların adı ictimailəşməlidir” – Deputat

Azərbaycan sistemi, idarəetməsi və ideolojisi bəlli olmayan hibrid bir ölkədir

11 Aprel| 22:22
”Dəm qazından boğulmaların 50 faiz günahkarı ”Azəriqaz”dır”

Azərbaycanın səfiri 250 min manata maşın aldı – Fotolar

11 Aprel| 21:03
Retail
Cümə axşamı, Aprel 15, 2021
BİZİMLƏ ƏLAQƏ
REKLAM
  • Başlanğıc
  • SİYASƏT
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • SOSİAL
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • ŞOU-BİZNES
  • ƏLAQƏ
No Result
View All Result
HEFTEAZ.TV
No Result
View All Result

Deputatın biznesmen qohumu qumarda pul uduzdu, iş məhkəməlik oldu

02 Fevral| 13:38
in MANŞET
0
Share on FacebookShare on Twitter

BUNA DA BAXIN

Müxalifət liderinin qızının şəxsi həyatı ilə bağlı videolara etiraz edən YAP-çı istintaqa cəlb olunub

LAVROVUN TÜRKİYƏNİ HƏDƏF ALAN AÇIQLAMALARI – “Rusiya rəsmiləri başlarını itirib, ünvanı səhv salıblar”

Deputatın biznesmen qohumu qumarda pul uduzdu, iş məhkəməlik olduBakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Hacızadə Rövşən Hacı oğlunun və Əmiraslanov Qərib Məhərrəm oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Eldar İsmayılov sədrlik edir.

İttihama görə, “Karat” MTK-nın icraçı direktoru Rövşən Hacızadə tanışı Qərib Əmiraslanovla qabaqcadan əlbir olub tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər. Onlar MTK-nın Bakı şəhərində inşa etdiyi çoxmərtəbəli yaşayış binasında əvvəllər ayrı-ayrı şəxslərə satılmış 5 mənzili və 4 avtodayanacaq yerlərini təkrarən başqa şəxslərə satmaqla 1 milyon 112 min manat məbləğində pulu mənimsəyiblər.

Rövşən Hacızadə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı), Qərib Əmiraslanova isə 178.3.2-ci maddəsi ilə ittiham olunur.

Təqsirləndirilən şəxs qismində dindirilən R.Hacızadə ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, ittiham üzrə bütün qanunsuzluqlar deputat Əsabil Qasımovun yaxın qohumları olan Taleh Qasımov, Umud Umudov, Qərib Əmiraslanov və İntiqam Umudov tərəfindən törədilib. Mənzil və avtomobil yerlərinin satılması barədə sənədlər Əsabil Qasımovun təhriki ilə yazılıb: “Mən “Karat” MTK-da heç bir vəzifədə işləməmişəm, heç bir səlahiyyətim olmayıb, heç kimin pulunu ələ keçirmək üçün mənzil və ya avtodayanacaq yerləri satmamışam. “Karat” MTK-da heç bir vəzifəm olmadığından vəzifə saxtakarlığı törətməmişəm. Əsabil Qasımov və onun yaxın ətrafı öz saxtakarlıqlarını gizlətmək məqsədilə mənə şər, böhtan atırlar”.

Digər təqsirləndirilən Qərib Əmiraslanov isə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.

İstintaq materiallarına istinad etsək görərik ki, Q.Əmiraslanov əslən Ağdam rayonundan olan Yusif Əfsəriyə qumarda külli miqdarda pul uduzduğunu, ona qalan 205000 manat borcun əvəzinə “Karat” MTK-dan mənzil vermək barədə razılaşdığını göstərib. O, R.Hacızadədən xahiş edib ki, X.Şuşinski küçəsi, 12 saylı binadakı 4 otaqlı mənzili Y.Əfsərinin qardaşı oğlunun adına sənədləşdirilməkdə köməklik etsin. Bunun müqabilində Y.Əfsəridən pul almayıb.

Bundan başqa 2012-ci ilin fevral ayında 205000 manata satdığı mənzilin pulunu öz şəxsi ehtiyaclarına xərclədiyini göstərib. R.Hacızadə də onun xahişi ilə mənzilin C.Rzayevin həyat yoldaşının adına sənədləşdirilməsi barədə sənədləri tərtib edərək ona verib.

Ceyhun Yusifov

R.Hacızadənin vəkili Ceyhun Yusifov virtualaz.org saytına bildirib ki, müdafiə etdiyi şəxsin bu cinayətlə ümumiyyətlə əlaqəsi olmayıb. Vəkilin sözlərinə görə, istintaq qərəzli xarakter daşıyıb, cinayətin açılmasına, əsl cinayətkarların müəyyən edilməsinə, cinayət işinin obyektiv araşdırılmasına deyil, əsl cinayətkarları gizlətmək məqsədi daşıyıb və günahsız bir insanın təqsirləndirilməsi istiqamətinə yönəlib: “Artıq məhkəmə prosesi başlayıb. Nə istintaq zamanı, nə də ki, məhkəmədə Rövşən Hacızadə ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. Bu halları nəzərə alan məhkəmə öncə məhkəmə istintaqını zərərçəkmişlərin ifadəsi ilə başlanılmasını məqsədəuyğun hesab etdi. Rövşən qəti şəkildə bu işin qurma, özünün isə qurbanlıq olduğunu bildirdi. Bununla yanaşı Rövşən Hacızadə dələduzluqda ittiham olunduğu əmlakla bağlı mötəbər sübutları məhkəmə baxışına təqdim edəcəyini israrlı şəkildə dedi. Rövşən Hacızadə məhkəməyə bu iş üzrə “zərərçəkən”in Əsabil  Qasımov olduğunu və istintaqa zərərçəkən kimi təqdim olunanların hamısının onun öz adamları olduğunu dedi.

İnanırıq ki, məhkəmə bu cinayət işini obyektiv araşdırılacaq və müdafiə etdiyim şəxsin təqsirsizliyi sübut olunaraq haqq-ədalət bərpa olunacaq”.

Onu da qeyd edək ki, R.Hacızadənin bacısı Güllü Hacıyeva mətbuat vasitəsilə ölkə başçısına müraciət edib: “Cənab prezident! Qardaşım Rövşən barəsindəki həbs-qətimkan tədbirinin ləğvinə və cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınmasına son qoyulması üçün aidiyyəti üzrə göstərişlər verilməsini və əsl cinayətkarların cinayət məsuliyyətinə cəlb edilməsinə köməklik göstərilməsini xahiş edirik.

Hər zaman Azərbaycan qanunlarına əməl etmişik, prezidentimizin siyasi kursunu dəstəkləmişik. İnanıram ki, müraciətimizdən sonra deputat adına xələl gətirən, günahsız insanları həbs etdirərək dövlətdən narazı salmağa çalışan Əsabil Qasımov barəsində qanuni tədbir görüləcək. Bizim haqsız olaraq məruz qaldığımız bu əzab və iztirablara son qoyulacaq”.

Məhkəmə prosesi fevralın 10-da davam etdiriləcək.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Search

No Result
View All Result

SON ƏLAVƏLƏR

Bakı bağçalarında 2 milyonluq yeyinti – Rəsmi açıqlandı

Bakı bağçalarında 2 milyonluq yeyinti – Rəsmi açıqlandı

15 Aprel| 21:09
SON DƏQİQƏ: Ərdoğan müjdəli xəbəri elan etdi – Türkiyə dünyanın ümid yeri olacaq

Türkiyə Rusiya ilə Ukrayna arasında qalıb

15 Aprel| 03:35
Müxalifət liderinin qızının şəxsi həyatı ilə bağlı videolara etiraz edən YAP-çı istintaqa cəlb olunub

Müxalifət liderinin qızının şəxsi həyatı ilə bağlı videolara etiraz edən YAP-çı istintaqa cəlb olunub

15 Aprel| 03:26
LAVROVUN TÜRKİYƏNİ HƏDƏF ALAN AÇIQLAMALARI – “Rusiya rəsmiləri başlarını itirib, ünvanı səhv salıblar”

LAVROVUN TÜRKİYƏNİ HƏDƏF ALAN AÇIQLAMALARI – “Rusiya rəsmiləri başlarını itirib, ünvanı səhv salıblar”

15 Aprel| 02:48
Nazirlik deputatı məhkəməyə verdi – FOTO

Nazirlik deputatı məhkəməyə verdi – FOTO

14 Aprel| 05:08
Navalnı xəstəxanaya yerləşdirildi

Navalnı Quran kitabına görə həbsxananı məhkəməyə verdi

14 Aprel| 00:59
Baş prokuror həbsdə olan jurnalistin həyat yoldaşını qəbul edib

Baş prokuror həbsdə olan jurnalistin həyat yoldaşını qəbul edib

12 Aprel| 23:40
“Rusiya bu tarixə qədər parçalana bilər” – Sensasion müsahibə

“Rusiya bu tarixə qədər parçalana bilər” – Sensasion müsahibə

12 Aprel| 23:03
Əfqan Muxtarlı aclıq aksiyasına başlayıb-Video

Gürcüstandan oğurlanmış jurnalist yenidən həmin ölkəyə niyə qayıdıb?

12 Aprel| 22:13
Azal-ın rəhbəri niyə görə “İdeal”ın rəhbərini həbs etdirib?

Azal-ın rəhbəri niyə görə “İdeal”ın rəhbərini həbs etdirib?

11 Aprel| 22:58
“Ölkədən 1,1 milyard manat çıxaran bankların adı ictimailəşməlidir” – Deputat

Azərbaycan sistemi, idarəetməsi və ideolojisi bəlli olmayan hibrid bir ölkədir

11 Aprel| 22:22
”Dəm qazından boğulmaların 50 faiz günahkarı ”Azəriqaz”dır”

Azərbaycanın səfiri 250 min manata maşın aldı – Fotolar

11 Aprel| 21:03
Erməni qohumluğu olanlar vəzifələrə necə sahib olublar?

Erməni qohumluğu olanlar vəzifələrə necə sahib olublar?

10 Aprel| 20:24
SON DƏQİQƏ! Rusiya hərbi gəmiləri bombardmana başladı – NƏ BAŞ VERİR?

SON DƏQİQƏ! Rusiya hərbi gəmiləri bombardmana başladı – NƏ BAŞ VERİR?

10 Aprel| 20:15
Ermənistandan Xankəndini təmsil edən deputatımıza təhdid: “Başını kəsəcəyik” – FOTO

Ermənistandan Xankəndini təmsil edən deputatımıza təhdid: “Başını kəsəcəyik” – FOTO

10 Aprel| 19:47
Rüsiya səfirliyi qarşısında piket keçirildi – Video

Rüsiya səfirliyi qarşısında piket keçirildi – Video

09 Aprel| 22:23
Amnesty İnternational: Pandemiya ən yoxsul təbəqələri vurdu

Amnesty İnternational: Pandemiya ən yoxsul təbəqələri vurdu

08 Aprel| 21:59
ABŞ rəsmisi: “Rusiya Qarabağ münaqişəsinin həllinə imkan vermir”

ABŞ rəsmisi: “Rusiya Qarabağ münaqişəsinin həllinə imkan vermir”

08 Aprel| 21:21
Restoran və kafelər BAĞLANACAQ, qərar verildi – Aprelin 15-də…

Restoran və kafelər BAĞLANACAQ, qərar verildi – Aprelin 15-də…

08 Aprel| 20:48
“Ölkədən 1,1 milyard manat çıxaran bankların adı ictimailəşməlidir” – Deputat

“Ölkədən 1,1 milyard manat çıxaran bankların adı ictimailəşməlidir” – Deputat

08 Aprel| 20:18
Fevral 2015
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan   Mar »

SON XƏBƏRLƏR

  • Bakı bağçalarında 2 milyonluq yeyinti – Rəsmi açıqlandı
  • Türkiyə Rusiya ilə Ukrayna arasında qalıb
  • Müxalifət liderinin qızının şəxsi həyatı ilə bağlı videolara etiraz edən YAP-çı istintaqa cəlb olunub

Əlaqə

Saytın təsisçisi və rəhbəri:

Aqil Mahmudov

Redaktor: Məhəmmədəli Mahmudlu

email: hefteaz65@mail.ru

Tel: 070 269 1433

  • Başlanğıc
  • SİYASƏT
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • SOSİAL
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • ŞOU-BİZNES
  • ƏLAQƏ

© 2020 HEFTEAZ.TV

No Result
View All Result
  • Başlanğıc
  • SİYASƏT
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • SOSİAL
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • ŞOU-BİZNES
  • ƏLAQƏ

© 2020 HEFTEAZ.TV