Fransada Demokratik Fransız Müsəlmanlar Birliyi (UDMF) adı altında yeni partiya qurulub.
“Trend”-in “Türkiyə” qəzetinə istinadən verdiyi məlumata görə, partiya mart ayında yerli seçkilərdə iştirak edəcək.
UDMF Türkiyənin Avropa İttifaqına üzv olmasına tam dəstək verir. Partiyanın proqramında Fələstin məsələsi önəmli yer tutur. UDMF-nin rəhbəri Əmir Meğarbidir.
Partiyanın Fransada 8 min üzvü var.