Meksika aşpazları növbəti dəfə dünya rekorduna imza atıblar. ANS PRESS-in məlumatına görə, Qvadalaxara ştatında 130-dan çox aşpaz bir araya gələrək, milli mətbəxə aid tako adlanan fast-fud yeməyi hazırlayıblar. B
ir-birinə birləşdirilmiş takoların uzunluğu təxminən 2758 metr olub. Bunun üçün aşpazlar 1,2 ton donuz ətindən və 1,1 ton xəmirdən istifadə ediblər ki, bu da indiyədək rekord göstərici olub.
Tako fast-fud yeməyinin içliyi üçün məhsullar məxsusi olaraq Meksikanın Yukatan ştatından gətirilib. İndiyədək ən uzun və ən çox ərzaq istifadə edilən tako ilə bağlı sənədlər Ginnesin Dünya rekordları komissiyasın göndərilib.
Meksikalı aşpazlar növbəti uğurlarının təsdiqlənməsini gözləyərkən, nəhəng tako qısa vaxt ərzində Qvadalaxara sakinləri tərəfindən yeyilib.
Associated Press