Hadisə Pert şəhərində ticarət mərkəzində baş verib
Avstraliyanın Pert şəhərində iri alış-veriş mərkəzlərindən birində güclü partlayış baş verib.
ANS PRESS-in məlumatına görə, partlayış nəticəsində, ilkin məlumatlara görə, 1 nəfər ölüb, 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan 3-ü xəstəxanaya yerləşdirilib və birinin vəziyyəti ağırdır.
İlkin ehtimallara görə, partlayış alış-veriş mərkəzində transformator köşkündə baş verib. Partlayışın səbəbləri isə hələ məlum deyil.
Associated Press