“Qızım tapancalı şəxsin onları narahat etdiyini deyirdi”
Ötən gün ABŞ-da qətlə yetirilən 3 müsəlman gənclərdən birinin atası kamera qarşısına keçib. Öldürülən qızların atası Məhəmməd Yusuf Abu-Salha onların görüntüləri ilə bağlı daima təşviş içində olduqlarını deyib.
“Qızım görünüşlərinə görə belində silah olan bir nəfər tərəfindən narahat edildiklərini deyirdi”.
Xatırladaq ki, dünən Şimali Karolinada Deah Shaddi Barakat, həyat yoldaşı Yusor Məhəmməd və onun bacısı Razan Əbu Salha başlarından vurularaq öldürülmüşdü.
İlkin açıqlmaya görə, tərəflər arasında mübahisəyə səbəb parkinq yeri olub. Onun gəncləri rasizm səbəbilə öldürə biləcəyi istisna edilmir.
3 müsəlman gənci güllələyən Kreiq Stefen Hicks saxlanılıb.
46 yaşlı kişinin son günlərdə “Facebook səhifəsində “38 kalibr, 5 mərmi” deyə bəhs etdiyi silahının fotosunu paylaşdığı ortaya çıxıb.
ANS PRESS