Məlumat üçün bildirək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin yeni sədri Cavid Qurbanovun nəqliyyat naziri Ziya Məmmədovla konflikti olduğunu, hətta onu nəqliyyat naziri postuna təyin ediləcəyi barədə Hefteaz.tv saytı məlumat vermişdi. Məhz bu məlumatdan sonra Cavid Qurbanov bəzi media orqanlarında Ziya Məmmədovla konflikti olmadığını bildirmişdi. Lakin, Cavid Qurbanovun kadr dəyişiklər aparması, Hefteaz.tv-də verilən məlumatı bir daha təsdiqlədi. Belə ki, Cavid Qurbanov nəqliyyat nazirinin yaxın qohumlarını işdən çıxarıb. Bu barədə “Hefteaz.tv”ə etibarlı mənbədən bəlli olub.
Məlumatda deyilir ki, işdən çıxarılanlar Ziya Məmmədovun qardaşı oğlu və qaynıdır. Nazirin qardaşı oğlu “Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə xidmətinin rəisi olub. Cavid Qurbanov onun yerinə “Azəryolservis”in maliyyə xidmətinin rəisini təyin edib. Ziya Məmmədovun Şahin adlı qaynı isə Səhmdar Cəmiyyətdə başqa bir yüksək vəzifədə çalışıb. Onlardan başqa Ziya Məmmədovun yaxın adamlarından biri olan Elyar Muradovun da işdən çıxarılacağı, onun ərizəsinin artıq alındığı bildirilir. O, Sərnişin nəqliyyatı idarəsinin rəisidir.
QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov isə bildirib ki, kadr dəyişikləri barədə heç bir rəsmi qərar yoxdur: “Hər kəs əvvəlki vəzifəsində çalışır”.
Hefteaz.tv