Vurulan piyada zərbənin təsirindən maşının üstünə düşüb
Sürücü vurdudğu piyadanı bir kilometr sürüdü. Ağır qəza Türkiyədə baş verib. ANS PRESS-in məlumatına görə, Eskişehirdə sürücü 23 yaşlı gənci vurub.
Vurulan gənc əsgər olub. Asım Efe adlı gənc zərbənin təsirindən maşının tavan qisminə düşüb.
Sürücü isə maşını saxlamaq əvəzində yola davam edib. Yaralanan Asım Efe 1 km maşının üzərində getdikdən sonra yola düşüb. Onu görənlər dərhal təcili yardıma xəbər veriblər.
Xəstəxanaya çatdırılan gəncin həyati təhlükəsinin olmadığı deyilib.
Sürücü isə hadisə yerindən qaçıb. Lakin o uzağa gedə bilməyib. Polis onu və maşındakı iki nəfəri dərhal tapıb.
ANS PRESS