
Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Udmurtiya Prokurorluğu məlumat yayıb.
Prokurorluqdan bildirilib ki, həmin şəxs peyğəmbərin rəsmini sosşəbəkədə 2013-cü ilin yanvarında yerləşdirib. Bundan əlavə, o, rəsmə pravoslavlığa etiqad edən insanlara qarşı sərt neqativ sözlər əlavə edib.
Ekstremist xarakterli material sayılan bu dərcə görə kişini indi 100 min rubl məbləğində cərimə və ya 4 ilədək həbs gözləyir.