Erməni polisi rus əsgər Valeri Permyakovun Gümrüdə faciə törədərkən tək olmadığını ehtimal edir.
ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan polis rəisinin birinci mavini, general-leytenant Unan Poqosyan bildirib. General-leytenant məsələnin araşdırıldığını deyib.
O, qətlin törədildiyi gün daha 6 rus hərbçisinin 102-ci hərbi bazadan qaçdığı məsələsinə də aydınlıq gətirib. Poqosyan bunun həqiqətəuyğun olmadığını bildirib.
Qeyd edək ki, yanvarın 12-də Gümrüdə 6 nəfərlik Avetisyanlar ailəsi güllələnmişdi. Süngü ilə dəlik-deşilən 6 aylıq uşaq isə sonradan xəstəxanada dünyasını dəyişmişdi. Qətli törətməkdə əsas şübhəli kimi rus hərbçi Valeri Permyakov saxlanılıb. Erməni tərəfi Permyakovun ermənilər tərəfindən mühakimə edilməsini tələb etsə də Rusiya onu vermir.