Hadisə o qədər gözlənilməz baş verib ki, şərhçinin özü də təəccüblənib
Amerikada boks döyüşü zamanı gözlənilməz hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, boksçu Rodriges Xuares ilə Quins Vesbi arasında keçirilən döyüşün 5-ci raundunda boksçulardan birinin firkinin bir anlıq dağılması onun uduzmasına səbəb olub.
Belə ki, boksçulardan biri rəqibinin fikrini yayındırmaq və onu qıcıqlandırmaq üçün durmadan mimiki hərəkətlər edib. Lakin buna məhəl qoymayan rəqib onun bir anlıq diqqətinin dağılmasından istifadə edərək bir yumruqla onu nokauta göndərib. Vurulan yumruqdan sonra boksçu döyüşü davam etdirə bilməyib.
Hadisə o qədər gözlənilməz baş verib ki, şərhçinin özü də təəccüblənib.
ANS PRESS