“Əgər Türkiyənin 2004-cü ildə Kipr məsələsi ilə bağlı AB üzvlüyünə əngəl törədilməsəydi, bu gərginliklər yaşanmazdı”
ANS TV–nin məlumatına görə, Davudoğlu Avropada mövcud olan İslamofobiyanın həlli yollarından danışıb.
“Əgər Türkiyənin 2004-cü ildə Kipr məsələsi ilə bağlı AB üzvlüyünə əngəl törədilməsəydi, əmin olun, bu gərginliklər yaşanmazdı. Təəssüf ki, son dövrlərdə Avropada mədəni fərqliliklər üzərindən oyunlar aparılır. Problemin əsas məğzi buradadır. Populist addımlar və digər mədəniyyətlərə yönələn təxribatlar indi gördüymüz vəziyyətə gətirib çıxarır”- deyə Davudoğlu açıqlamasında bildirib.
ANS TV