• ƏN SON
  • ÇOX OXUNAN
“Amnesty İnternational”: “ABŞ bütün dünyada insan haqlarını dağıdır”

“Amnesty İnternational”: “ABŞ bütün dünyada insan haqlarını dağıdır”

14 Yanvar| 15:40
Məhkəmə Rövşən Əkbərovun vəsatətini rədd etdi

Məhkəmə Rövşən Əkbərovun vəsatətini rədd etdi

20 Aprel| 17:27
Zöhrabyan AŞPA-da Əliyevi tənqid etdi, Azərbaycanı təmsil edən millət vəkili səhvən dəstəklədi – Rüsvayçılıq

Zöhrabyan AŞPA-da Əliyevi tənqid etdi, Azərbaycanı təmsil edən millət vəkili səhvən dəstəklədi – Rüsvayçılıq

20 Aprel| 17:19
Erməni qohumluğu olanlar vəzifələrə necə sahib olublar?

TALANÇI SABİQ MƏMURLARIN TƏHLÜKƏLİ SƏRVƏTİ…

19 Aprel| 21:32
“Əvvəl 5 sonra 2 rayonun Azərbaycana qaytarılmasının mümkünlüyünü…” – Putin

Rusiya Ukraynanı Krıma, Ermənistanı üz çevirdiyinə, Azərbaycanı isə buna görə cəzalandırır – ŞOK SƏBƏBLƏR

19 Aprel| 20:46
RAMİZ HƏSƏNOV NAZİR MÜAVİNİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ – Səfir göndərildi

RAMİZ HƏSƏNOV NAZİR MÜAVİNİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ – Səfir göndərildi

19 Aprel| 14:31
Hökümət jurnalistlərin işini karantin günlərində çətinləşdirir

Daren Linvill: “Dezinformasiya rejimin gündəminə zidd olan səsləri susdurmaq məqsədi daşıyır”

18 Aprel| 23:14
Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı -18 diplomat ölkədən çıxarıldı

Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı -18 diplomat ölkədən çıxarıldı

18 Aprel| 22:56
İCRA BAŞÇISI PARKIN ABADLAŞDIRILMASINA 1,7 MİLYON SİLİB? – Haqqında araşdırma başlayıb

İCRA BAŞÇISI PARKIN ABADLAŞDIRILMASINA 1,7 MİLYON SİLİB? – Haqqında araşdırma başlayıb

18 Aprel| 22:48
NAVALNI TƏCRİDXANADA ÖLƏCƏYİ TƏQDİRDƏ… – ABŞ Rusiyanı təhdid etdi

NAVALNI TƏCRİDXANADA ÖLƏCƏYİ TƏQDİRDƏ… – ABŞ Rusiyanı təhdid etdi

18 Aprel| 22:44
ABŞ-ın Azərbaycana münasibətdə prioriteti demokratiya olacaq

ABŞ-ın Azərbaycana münasibətdə prioriteti demokratiya olacaq

18 Aprel| 04:42
Paşinyan Araikə niyə cinayət işi açdırdı?

Paşinyan Araikə niyə cinayət işi açdırdı?

18 Aprel| 02:37
Nazir müavinin Çexiyadakı şirkəti barədə yeni faktlar – Əli Abdullayev Akif Çovdarovun qudası ilə ortaqdır?

Nazir müavinin Çexiyadakı şirkəti barədə yeni faktlar – Əli Abdullayev Akif Çovdarovun qudası ilə ortaqdır?

17 Aprel| 23:25
Retail
Çərşənbə axşamı, Aprel 20, 2021
BİZİMLƏ ƏLAQƏ
REKLAM
  • Başlanğıc
  • SİYASƏT
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • SOSİAL
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • ŞOU-BİZNES
  • ƏLAQƏ
No Result
View All Result
HEFTEAZ.TV
No Result
View All Result

“Amnesty İnternational”: “ABŞ bütün dünyada insan haqlarını dağıdır”

14 Yanvar| 15:40
in DÜNYA
0
Share on FacebookShare on Twitter

obamaBeynəlxalq insan haqları təşkilatı “Amnesty İnternational” ABŞ-ın terror şübhəlilərini saxladığı Quantanamo həbsxanasının yaradılmasının 13 illiyinə dair bəyanatla çıxış edərək Vaşinqtonu kəskin tənqid edib.

Təşkilat hələ də bu həbsxananı bağlamayan ABŞ-ı “bütün dünyada insan haqlarını darmadağın etməkdə” günahlandırıb.

BUNA DA BAXIN

Raul Kastro vəzifəsindən istefa verib

“Rusiya bu tarixə qədər parçalana bilər” – Sensasion müsahibə

Virtualaz.org saytı təşkilatın internet saytına istinadən xəbər verir ki, bəyanatda prezident Barak Obama Quantanamo həbsxanasının bu ildönümünü sonuncu etmək üçün bütün mümkün olanı etməyə borclu olduğu bildirilir. Təşkilat Quantanamonun dərhal bağlanmasının dünyada insan haqları sahəsində ən mühüm vəzifə olduğunu sübut edən 11 səbəb də göstərir.

1. Məhbuslar nə vaxt azadlığa çıxacaqlarını bilmir.

Təsəvvür edin ki, həbsxanada oturmusunuz. İndi onu da təsəvvür edin ki, sizə nə vaxt ittiham elan ediləcəyini və nə vaxt azadlığa çıxa biləcəyinizi bilmirsiniz.

Quantanamodakı 100-dən çox məhbus üçün müddətsiz həbsdə qalmaq qəddar reallıqdır. Onlar həmişəlik dəmir qəfəs arxasında qalmaq perpektivi ilə üz-üzədir.

2. Vaxt çatıb.

6 il əvvəl prezident Obama Quantanamonun bağlanması haqda sərəncam verdi. Ancaq bu sərəncam yerinə yetirilmədi və biz hakimiyyətə təzyiq göstərməyə, bütün dünyada aksiyalar təşkil etməyə başladıq. Və indi biz çoxdan gözlənilən prosesin şahidiyik: son il yarımda hökumət Quantanamodan 39 məhbusu çıxarıb.

3. Həddən artıq insan qeyri-müəyyən vəziyyətdədir.

Lakin prezident Obama daha çox etməlidir. 100-dən çox məhbus məhkəməsiz və istintaqsız həbsdə saxlanılır. Hər bir məhbusun ədalətli məhkəmə və ya azadlığa çıxmaq hüququ var.

4. İşgəncələr və qeyri-insani rəftar.

Məhbuslar əlləri qandallı, başları kapşonlarla örtülü, gözləri bağlı vəziyyətdə 2002-ci ildən Quantanmoya gətirilməyə başladı.

Senatın hesabatına əsasən bu həbsxana eksperimental dindirmə üsulları üçün laboratoriya kimi istifadə edilib. Bu vaxta qədər ora insan haqlarının ciddi pozulduğu yer olaraq qalır, o cümlədən uzunmüddət təkadamlıq kamerada saxlanılma praktikasından istifadə edilir.

Ədalətsizliyi daha da dərinləşdirən odur ki, Quantanamo məhbuslarından azı 28-i ora aparılana qədər ABŞ-ın digər ölkələrdəki gizli həbsxanalarında saxlanılıblar.

5. Ölüm həyatdan daha üstündür.

2012-ci ildə Adnan Lətif 10 ildən çox Quantanamoda istintaqsız saxlanılandan sonra öldü. O deyirdi ki, həbsxanadakı mühit ölməyi yaşamaqdan üstün edib. 2002-ci ildən etibarən Quantanamoda 10-dan çox məhbus ölüb. Onlardan 6-ı intihar edib.

6. İkiüzlülük və ikili standartlar.

Quantanamonun rəsmi devizində “Azadlığı müdafiə etmək şərəf məsələsidir” deyimini görmək olar. Lakin ikiüzlülük daha uzağa gedir. Quantanamonun istismar olunduğu bütün bu illər ərzində ABŞ insan haqları sahəsində beynəlxalq standartlara sadiqliyini həmişə bəyan edib.

Əgər hansısa cinayətkar rejim Quantanamo kimi həbsxana saxlasaydı, ABŞ onu pisləyərdi. Ona görə də ABŞ-ın bu ikiüzlülükdən və ikili standartlardan əl çəkməsinin vaxtı çoxdan çatıb.

7. Biz məhv etmə siyasətinə son qoymalıyıq.

Konqres üzvləri və ekspertlər Quantanmoya siyasi futbol kimi baxırlar, onu məhv etmə siyasətini dəstəkləmək üçün istifadə edirlər və insanların həbsdə qalması reallığına məhəl qoymurlar.

Bu, ABŞ-ın insan haqları sahəsində öhdəliklərinə tam əməl edəcəyi ehtimalını azaldır. Və gələcək prezident Quantanamonun fəaliyyətini davam etdirməyə imkan qazanır.

8. Biz “qlobal müharibə”ni inkar edirik.

ABŞ məhbusların Quantanamoda qanunsuz saxlanılması üçün “əl-Qaidə”yə və digər silahlı qruplaşmalara qarşı “qlobal müharibə” konsepsiyasına istinad edib.

Quantanamoda saxlanılan məhbuslar arasında elələri var ki, onlar ənənəvi hərbi əməliyyatlar zonasından kənarda, o cümlədən Azərbaycan və Tailand kimi ABŞ-la müharibə vəziyyətində olmayan ölkələrdə saxlanılıblar.

“Qlobal müharibə” nəzəriyyəsi insan haqlarını inkar edir. İnsan haqlarının tələblərinə görə ABŞ hər bir məhbus üzərində ədalətli məhkəmə qurmalıdır.

9. Quantanamo pozuntular şəbəkəsinin ancaq bir hissəsidir.

Quantanamo, pilotsuz təyyarələrlə qanunsuz hücumlar, kütləvi izləmə – bütün bunlar ABŞ tərəfindən insan haqlarının pozulması şəbəkəsini təşkil edir. Bu hörümçək toru məxfiliyin və pozuntulara görə cəzasızlığın sayəsində mövcud olmaqda davam edir.

10. ABŞ bütün dünyada insan haqlarını dağıdır.

“Amnesty İnternational” hərbi əsirlər üçün düşərgəyə çevrilən Quantanamo haqda niyə danışmaqda davam edir?

Biz 10-cu ildönümdə qeyd etdiyimiz kimi, Quantanmo bütün dünyada yırtıcı dövlətlərin əsas insan haqları prinsiplərini tapdalamağa həvəsləndirən simvoldur… və Quantanamo həbsxanası qaldıqca bizlərdən heç biri özümüzü təhlükəsiz hesab edə bilmərik.

11. Quantanamo və işgəncələr haqda debatlar davam edir.

İndi Obamanın həbsxananı bağlamağı ləngitməsi işgəncə praktikası tərəfdarlarının mövqelərini möhkəmləndirib. Bu isə növbəti administrasiya üçün nəinki Quantanamonu saxlamağa, eləcə də başqa insan haqları pozuntularına əl atmağa bəhanə verəcək.

Virtualaz.org

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Search

No Result
View All Result

SON ƏLAVƏLƏR

Məhkəmə Rövşən Əkbərovun vəsatətini rədd etdi

Məhkəmə Rövşən Əkbərovun vəsatətini rədd etdi

20 Aprel| 17:27
Zöhrabyan AŞPA-da Əliyevi tənqid etdi, Azərbaycanı təmsil edən millət vəkili səhvən dəstəklədi – Rüsvayçılıq

Zöhrabyan AŞPA-da Əliyevi tənqid etdi, Azərbaycanı təmsil edən millət vəkili səhvən dəstəklədi – Rüsvayçılıq

20 Aprel| 17:19
Erməni qohumluğu olanlar vəzifələrə necə sahib olublar?

TALANÇI SABİQ MƏMURLARIN TƏHLÜKƏLİ SƏRVƏTİ…

19 Aprel| 21:32
“Əvvəl 5 sonra 2 rayonun Azərbaycana qaytarılmasının mümkünlüyünü…” – Putin

Rusiya Ukraynanı Krıma, Ermənistanı üz çevirdiyinə, Azərbaycanı isə buna görə cəzalandırır – ŞOK SƏBƏBLƏR

19 Aprel| 20:46
RAMİZ HƏSƏNOV NAZİR MÜAVİNİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ – Səfir göndərildi

RAMİZ HƏSƏNOV NAZİR MÜAVİNİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ – Səfir göndərildi

19 Aprel| 14:31
Hökümət jurnalistlərin işini karantin günlərində çətinləşdirir

Daren Linvill: “Dezinformasiya rejimin gündəminə zidd olan səsləri susdurmaq məqsədi daşıyır”

18 Aprel| 23:14
Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı -18 diplomat ölkədən çıxarıldı

Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı -18 diplomat ölkədən çıxarıldı

18 Aprel| 22:56
İCRA BAŞÇISI PARKIN ABADLAŞDIRILMASINA 1,7 MİLYON SİLİB? – Haqqında araşdırma başlayıb

İCRA BAŞÇISI PARKIN ABADLAŞDIRILMASINA 1,7 MİLYON SİLİB? – Haqqında araşdırma başlayıb

18 Aprel| 22:48
NAVALNI TƏCRİDXANADA ÖLƏCƏYİ TƏQDİRDƏ… – ABŞ Rusiyanı təhdid etdi

NAVALNI TƏCRİDXANADA ÖLƏCƏYİ TƏQDİRDƏ… – ABŞ Rusiyanı təhdid etdi

18 Aprel| 22:44
ABŞ-ın Azərbaycana münasibətdə prioriteti demokratiya olacaq

ABŞ-ın Azərbaycana münasibətdə prioriteti demokratiya olacaq

18 Aprel| 04:42
Paşinyan Araikə niyə cinayət işi açdırdı?

Paşinyan Araikə niyə cinayət işi açdırdı?

18 Aprel| 02:37
Nazir müavinin Çexiyadakı şirkəti barədə yeni faktlar – Əli Abdullayev Akif Çovdarovun qudası ilə ortaqdır?

Nazir müavinin Çexiyadakı şirkəti barədə yeni faktlar – Əli Abdullayev Akif Çovdarovun qudası ilə ortaqdır?

17 Aprel| 23:25
Nazim İbrahimovun qardaşı həbs edildi

Nazim İbrahimovun qardaşı həbs edildi

17 Aprel| 22:41
Goycayda vəzifəli şəxslər həbs olundu – SON DƏQİQƏ

Goycayda vəzifəli şəxslər həbs olundu – SON DƏQİQƏ

17 Aprel| 22:14
SABİQ NAZİRİN KÜRƏKƏNİ LONDONDA ƏMLAKA MİLYONLAR YATIRDI – Daha 4 bina aldı + FOTOLAR

SABİQ NAZİRİN KÜRƏKƏNİ LONDONDA ƏMLAKA MİLYONLAR YATIRDI – Daha 4 bina aldı + FOTOLAR

17 Aprel| 00:20
Raul Kastro vəzifəsindən istefa verib

Raul Kastro vəzifəsindən istefa verib

17 Aprel| 00:15
MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” – “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər

MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” – “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər

17 Aprel| 00:09
Dövlət Gömrük Komitəsi ləğv oluna bilər – AÇIQLAMA

Dövlət Gömrük Komitəsi ləğv oluna bilər – AÇIQLAMA

16 Aprel| 23:24
Minsk qrupunun tapdığı fındıq – Onlar nə istəyir?

Minsk qrupunun tapdığı fındıq – Onlar nə istəyir?

16 Aprel| 16:18
RAMİZ MEHDİYEV MƏHKƏMƏDƏ UDUZDU… – Keçmiş direktor geri qayıtdı

RAMİZ MEHDİYEV MƏHKƏMƏDƏ UDUZDU… – Keçmiş direktor geri qayıtdı

15 Aprel| 21:51
Yanvar 2015
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek   Fev »

SON XƏBƏRLƏR

  • Məhkəmə Rövşən Əkbərovun vəsatətini rədd etdi
  • Zöhrabyan AŞPA-da Əliyevi tənqid etdi, Azərbaycanı təmsil edən millət vəkili səhvən dəstəklədi – Rüsvayçılıq
  • TALANÇI SABİQ MƏMURLARIN TƏHLÜKƏLİ SƏRVƏTİ…

Əlaqə

Saytın təsisçisi və rəhbəri:

Aqil Mahmudov

Redaktor: Məhəmmədəli Mahmudlu

email: hefteaz65@mail.ru

Tel: 070 269 1433

  • Başlanğıc
  • SİYASƏT
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • SOSİAL
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • ŞOU-BİZNES
  • ƏLAQƏ

© 2020 HEFTEAZ.TV

No Result
View All Result
  • Başlanğıc
  • SİYASƏT
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • SOSİAL
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • ŞOU-BİZNES
  • ƏLAQƏ

© 2020 HEFTEAZ.TV