
Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərdə deyilir ki, Ankarada iş adamları ilə görüşdə Türkiyə lideri dərgini nifrəti qızışdırmaqda və irqçilikdə ittiham edib.
“Bu jurnal müsəlmanlar və xristianlar haqda özünün təxribatçı rəsm və yazılarla pis ad çıxarıb. Bu azadlıq adlanmır. Bu – terror və başqa insanların şəxsi dünyasına müdaxilə deməkdir. Biz dərk eləməliyik ki, hüdudsuz azadlıq yoxdur” – deyib Türkiyə prezidenti.
Onun sözlərinə görə, belə hərəkətlərə görə qanunla cəza nəzərdə tutulmalıdır. “Onlar ateist ola bilərlər. Ancaq bu zaman bizim müqəddəslərimizə də hörmət eləməlidirlər” – əlavə edib Ərdoğan.