İsveçrənin Zukuil qəsəbəsindəki “McDonalds” restoranında porno yayımlanıb.
Ailem.az-ın xarici mətbuata istinadən xəbərinə görə, İsveçrənin kiçik qəsəbəsi sayılan Zukuildə “McDonalds” restoranında ekranlarda porno şounun yayımlanması müştəriləri bir anda şoka salıb.
Restoranın rəhbərliyi müştərilərin istəyi ilə alman idman kanalının açıldığını və porno şounun da həmin kanalda yayımlandığını deyib.
24 yaşlı müştəri Steffen Reiniger “iki nəfər olduğumuz üçün bizi narahat etmədi. Ancaq içəridə uşaqlı ailə olsaydı nə olardı bilmirəm“ deyib.